AYB Şirvan bölməsinin Elsevər Qəni yaradıcılığına həsr olunmuş növbəti toplantısı keçirildi. Tədbiri AYB Şirvan Bölməsinin Gənclər Şurasının sədri Yusif Nazim Ərəbsoy öz çıxışı ilə açıq elan etdi. Elsevər Qəni yaradıcılığındakı mövzulardan və şairin şeirlərindəki bədiilikdən danışdı. Şairin həm vətənpərvərlik, həm sevgi, həm də təbiət mövzusunda şeirləri müzakirə edildi. Yusif Nazim Ərəbsoy AYB Şirvan bölməsinin gələcək fəaliyyəti barədə bir neçə çıxışla yadda qaldı. "Yada salmıram" adlı şeirini səsləndirdi.
Öz növbəsində şair Elsevər Qəni də çıxış etdi, Göylər ədəbi mühitdə böyüyüb boya-başa çatan şair öz yaradıcılığı və həyatı barədə məclis üzvlərini məlumatlandırdı. Yaradıcılığında şeirin bütün janrlarına müraciət edən şair, həm də "Göylər məni çağırır" şeir məclisinin də daimi üzvüdür. Şair çıxışının sonunda bir neçə şeiri ilə məclis üzvlərinin önündə çıxış etdi. ("Dərdini çəkirəm deyən...", "Kefim belə istəyir" (satirik mövzuda)
Məclisdə Füzuli Soltan da Elsevər Qəninin həyatı və yaradıcılığı ilə bağlı bir neçə məqama toxundu. Onun şeirlərindən sitatlar gətirdi. Elsevər Qənidən şeir oxudu.
İbrahim İsrafil də öz növbəsində Elsevər Qəni mövzusunda çıxışını etdi və münasibətini bildirmiş oldu. Elsevər Qənidən "Şit deyilik, biz şoruq" şeirini səsləndirdi.
Şair Ağatahir Cəbirli də Elsevər Qəni haqqında xoş sözlərini məclis üzvləri ilə paylaşdı, onun yaradıcılığı haqqında öz fikirlərini bildirdi. Qəni yaradıcılığından nümunələr göstərdi.
Ardınca Mehman Ağalıoğlu, Maqsud Qobustanlı, Qəhrəman Eloğlu, Davud Şıxzərli, Əzizağa Şıxzərli, Azər Eyyubov, Gülqardaş Bəydəmirli, Gülqardaş Zülfüqarlı, Ələkbər Şirvani, gənc şairlərdən Teymur Padar, Nadir Məmməd öz şeir və qəzəllərilə fikirlərini vurğuladılar.
Məclisin mətbuat katibi Kamran Peçeneq də öz növbəsində Elsevər Qəni yaradıcılığının mövzuları haqqında fikirlər sərgilədi. Öz yaradıcılığından "Dayandın" və "Ayrılıq bürcü" şeirlərini səsləndirdi.
Sonda Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının Azərbaycan dili və Ədəbiyyatı fakültəsinin gənc tələbələri çıxış etdilər.
Məclis Elsevər Qəninin yekun çıxışı ilə başa çatdırıldı.
Oxunub: 258