Qəhrəmanı ilə fəxr edən - Sədəf kəndi.
Sədəf kəndi Qobustan rayonunun qədim və kiçik kəndlərindən biridir. Buradakı ərazilərdə olan bir sıra tarixi yerlər bunu deməyə əsas verir.Şərqdən Cəmcəmli , qərbdən Bədəlli, cənubdan isə Poladlı və Yekexana kəndləri ilə həmsərhəddir. Əhalisi əsasən əkinçilik və heyvandarlıqla məşğuldur.Müstəqilliyimiz əldə olunduqdan sonra kənddə olan problemlər aradan qaldırılmağa başladı.İlk dövrlər kəndin öz bələdiyyəsi formalaşdı.Kənd sakinləri onlara ayrılmış pay torpaqlarından səmərəli istifadə etməyə başladılar. Kənd sakinlərinin güzəranı yaxşılaşmağa doğru irəlilədi.
Əqrəb xislətli ermənilərin ölkəmizə qarşı apardığı ədalətsiz müharibə bu kiçik kənddən də yan keçmədi.Kəndin vətənpərvər oğulları da vətənimizin müdafiəsinə qatıldı.Birinci Qarabağ Müharibəsində Murov dağı ətrafında gedən ağır döyüşdə Qədirov Qədirəcan Əzizxan oğlu qəhrəmancasına həlak oldu.Sədəf kəndinin yetirməsi olan XTQ-in giziri Elyar Arif oğlu Vəliyev məlum aprel döyüşlərində və 44 günlük Vətən Müharibəsində düşmənə sarsıdıcı zərbələr endirdi.Ərazilərimizin işğaldan azad olunmasında misilsiz fədakarlıq göstərdi.Şuşa ətrafında gedən qızğın döyüşlərin biirndə qəhrəmancasına şəhid oldu. Göstərdiyi şücaətə görə Ali Baş Komandanımızın sərəncamına əsasən Elyar Arif oğlu Vəliyevə Vətən Müharibəsi Qəhrəmanı adı verildi.
Sədəf kəndi ölkəmizin bütün hududlarında qəhrəmanımızın adı ilə daha da tanınmağa başladı. Kənddə sosial problemlər demək olar ki, aradan qaldırıldı.Suya olan tələbat tam ödənilmiş, müasir tipli internet şəbəkəsi istifadəyə verilmişdir.Bu günlərdə mavi yanacağın kəndə verilməsi ilə bağlı tədbir keçirilmişdir. Azəravtoyolun rəhbərliyinin təşəbbüsü ilə Elyar Vəliyevin dəfn olunduğu məzarlıqdan onun anadan olduğu evə və oradan da kəndin çıxış yolunun 2,5 km hissəsi asfaltlanmışdır. Kənddə ümumi orta təhsil məktəbi fəaliyyət göstərir. Müasir avadanlıqlarla təchiz olunmuş modul tipli bu məktəb də son illər istifadəyə verilmişdir.Məktəbin məzunlarından Mirzəyev Xasay Azərbaycan Milli Konservatoruyasında, Mövləmov Şəhriyar Sumqayıt Dövlət Universtitində təhsillərini davam etdirirlər. Kənd kitabxanası da öz oxucularının sevimli məkanıdır. Söhbət əsasında qəhrəmanımızın atası Arif kişi bildirdi ki,kəndimizlə bağlı elə bir problemimiz yoxdur. RİH-i və eləcə də əlaqədər təşkilatlara kəndimizin problemləri ilə etdiyim müraciətlər həmişə müsbət həllini tapıb.Ona görə də onların hamısına minnətdarlığımı bildirirəm.
Məhəmməd Bayramov Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
Oxunub: 693