Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə əlaqədar İlham Əliyev adına Olimpiya İdman Kompleksində 2010-2012-ci il təvəllüdlü oğlan və qızlar arasında cüdo üzrə Naxçıvan şəhər açıq birinciliyi keçirilib. Birinciliyin keçirilməsində əsas məqsəd Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyini qeyd etmək, idmançıların sağlam böyüməsinə şərait yaratmaq olub. Yarışda Naxçıvan şəhəri ilə yanaşı Şərur, Ordubad, Culfa və Babək komandaları da iştirak edib. 11 çəki dərəcəsi üzrə 75 idmançının mübarizə apardığı birincilikdə qızlar arasında Ləman Bağırova (29 kq, Naxçıvan), Yağmur Əlizadə (40 kq, Naxçıvan), oğlanlar arasında isə Davud Məmmədzadə (34 kq, Şərur), Qulaməli Həsənov (38 kq, Naxçıvan), Elvin Cəfərov (42 kq, Naxçıvan), Malik Məmmədov (46 kq, Culfa), Yusif Əsədli (50 kq, Naxçıvan), Sadiq Rzazadə (55 kq, Naxçıvan), Rauf Cəfərov (60 kq, Naxçıvan), Səccad Heydərov (66 kq, Culfa) və İmran Aslanlı (66+kq, Şərur) çəki dərəcələrində birinci yerə layiq görülüblər. İlk üç yerin sahibləri diplomla mükafatlandırılıb.
Açıq birincilik 17 fevral 2024-cü il tarixdə Naxçıvan Güləş Federasiyası, Naxçıvan Şəhər İcra Hakimiyyəti və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə reallaşıb.
Oxunub: 107