Qurban Qurbanova həsr edilmiş “Stadionlar səssiz olanda”

Noyabrın 27-də Nizami Kino Mərkəzində futbol veteranı və məşqçi Qurban Qurbanova həsr edilmiş “Stadionlar səssiz olanda” idman dramının təqdimat mərasimi keçirilib.
Filmin nümayişindən əvvəl çıxış edən filmin quruluşçu rejissoru Əli-Səttar Quliyev filmin çəkilişinə dəstək olan hər kəsə təşəkkürünü bildirib.
Sonra film izləyicilərə təqdim edilib. Filmdə Qurban Qurbanovun XX əsrin 80-ci illərindən başlayaraq həyatı, futbolçu karyerası və məşqçilik fəaliyyəti əks olunub.
Filmin nümayişindən sonra bütün yaradıcı heyət səhnəyə dəvət olunub və Qurban Qurbanov çıxış edərək onlara təşəkkür edib. Prezident İlham Əliyev tərəfindən “Şöhrət” ordeni ilə təltif olunmasından sonra bu filmin ona ikinci böyük hədiyyə olduğunu bildirib. İdman dramının onu keçmişə qaytardığını deyən mütəxəssis qardaşı Musa Qurbanov barədə danışarkən göz yaşlarını saxlaya bilməyib. 
Film noyabrın 30-dan etibarən bütün kinoteatrlarda nümayiş etdiriləcək.


Oxunub: 334
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az