27 noyabr Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyadda İSSF-nin 12-ci Baş Asambleyası keçiriləcək.
27 noyabr Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyadda İSSF-nin 12-ci Baş Asambleyası keçiriləcək.İclasda Azərbaycanı Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və MOK-un idman idarəsinin müdiri Həsənağa Rzayev təmsil edəcəklər.Asambleyada İSSF institusional strategiyası və oyunlar strategiyası üzrə seminar olacaq. Daha sonra İSSF-nin 12-ci Baş Asambleyasının iclası öz işinə başlayacaq. İclasda Baş Asambleyanın gündəliyindəki məsələlər, qarşıdan gələn oyunlar üzrə planlar və strategiyalar haqqında müzakirələr aparılacaq.Baş Asambleyanın iştirakçıları 2023 Səudiyyə Oyunlarının açılış mərasimində də iştirak edəcəklər.
Oxunub: 168