Konqresin ilk günündə sülh, müharibə və insan hüquqları, Olimpiya Hərəkatının məsuliyyəti haqqında müzakirələr aparılıb.
Litvanın paytaxtı Vilnüsdə Avropa Olimpiya Akademiyalarının (AOA) Konqresi öz işinə başlayıb. Tədbirdə Azərbaycan Milli Olimpiya Akademiyasının vitse-prezidenti, Olimpiya çempionu Fərid Mansurov və Milli Olimpiya Komitəsinin Beynəlxalq Proqramlar İdarəsinin əməkdaşı Ceyhun Rəhmanov da iştirak edir. Konqresin ilk günündə sülh, müharibə və insan hüquqları, Olimpiya Hərəkatının məsuliyyəti haqqında müzakirələr aparılıb. Sonra münsiflər heyəti və AOA prezidenti Manfred Laemmer Avropa Olimpiya Akademiyasının Məşəl mükafatlarının qaliblərini elan edib. Konqres noyabrın 10-dək davam edəcək.
Oxunub: 146