


17 oktyabr 2023-cü il tarixində rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə rayonun Sədəf kəndində Vətən Müharibəsi Qəhrəmanı şəhid XTQ gizir Vəliyev Elyar Arif oğlunun anım günü qeyd olunmuşdur. Rayon rəhbərliyinin, şəhid ailələrinin, kənd sakinlərinin, məktəblilərin, şəhidin yaxınlarının iştirak etdiyi mərasimdə şəhidin məzarı üstünə çiçəklər düzülüb, ruhuna dualar oxunub. Çıxışlarda 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbədən, əsgər və zabitlərimizin Prezident İlham Əliyevin rəhbərliyi ilə göstərdikləri şücaət və qəhrəmanlıqlardan danışılıb. Elyar və onun kimi şəhidlərimizin qanının yerdə qalmadığı, düşmənin diz çökdürüldüyü söylənilib.
Azərbaycan Ordusunun giziri olan Elyar Vəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin, Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Elyar Vəliyev oktyabrın 19-da Qubadlı döyüşləri zamanı şəhid olub.
Xüsusi Təyinatlı qüvvələrin giziri Şəhid Vəliye Elyar Arif oğlu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən Müharibəsi Qəhrəmanı”, “ Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, ”Füzulinin azad olunmasına görə” və "Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Oxunub: 154
Youtube Kanalımız
Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az