11 oktyabr 2023-cü il tarixində Dağlıq Şirvan Regional Gənclər və İdman idarəsinin Şamaxı rayonu üzrə gənclər və idman sektorunun müdiri Şahmar Hüseynov 29 sentyabr - 07 oktyabr tarixlərində Antalyada gənclər və yeniyetmələr arasında keçirilən Muay-tay idman növü üzrə Dünya Çempionatında II yerə layiq görülərək gümüş medal qazanmış, həmyerlimiz, Şamaxıdan olan idmançı Dəmirov Aqşin və onun məşqçisi Qadir Talıbovla görüş keçirildi.
Görüşdə Şahmar Hüseynov yüksək nəticə əldə etmiş idmançımızı təbrik etdi və növbəti yarışlarda uğurlar arzuladı.
Qeyd edək ki, Dünya Çempionatında Azərbaycan 12 idmançı, 2 məşqçi , hakim və nümayəndə ilə təmsil olunmusdur. 100 dən çox ölkədən 2500 - ə yaxın iştirakçının olduğu bu yarışda komandamız 2 bürünc və 1 gümüş medal qazanmışdır.
Oxunub: 132