Şamaxı rayonu üzrə Gənclər və İdman sektorunun verdiyi məlumat əsasında, 29 sentyabr 2023-cü il tarixində, Şamaxı Olimpiya Mərkəzində yeniyetmələr arasında sərbəst güləş idman növü üzrə “Şirvan” güləş Klubunun açıq birinciliyi keçirildi. İlk öncə qonaqlar Şamaxı Şəhidlər Xiyabanını və Ulu Öndər Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət etdilər.
Yarışın açılış mərasimində Dağlıq Şirvan Regional Gənclər və İdman idarəsinin Şamaxı rayonu üzrə Gənclər və İdman sektorunun müdiri - Şahmar Hüseynov, Milli Olimpiya Komitəsinin “Ədalətli Oyunlar” komissiyasının sədri Xəzər İsayev, Olimpiya çempionu - Namiq Abdullayev və Azərbaycan Respublikasının “Əməkdar bədən tərbiyəsi və idman xadimi”, Şirvan Güləş Klunbunun prezidenti Oleq Andreyeviç Krapivin çıxış edərək yeniyetmə idmançılara uğurlar arzuladılar.
Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışın sonunda qalib gəlmiş idmançılar Təşkilat Komitəsi tərəfindən müvafiq diplom və medallarla mükafatlandırıldı.
Oxunub: 142