"27 Sentyabr - Anım Günü"nə həsr olunmuş uşu idman növü üzrə Klublararası turnir keçirildi.

24 sentyabr 2023 - cü il tarixində İsmayıllı Olimpiya İdman Kompleksində Dağlıq Şirvan Regional Gənclər və İdman idarəsinin, Azərbaycan Çin Döyüş Növləri Assososiyasının, Azərbaycan Uşu Federasiyasının birgə təşkilatçılığı və İsmayıllı Olimpiya İdman Kompleksinin dəstəyi ilə "27 Sentyabr - Anım Günü"nə həsr olunmuş uşu idman növü üzrə Klublararası turnir keçirildi.
Turnir Dövlət Himnimizin səsləndirilməsi ilə açıq elan olunduqdan sonra torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə Rayon İcra Hakimiyyətinin, Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin, Azərbaycan Uşu Federasiyasının, İsmayıllı Olimpiya İdman Kompleksinin əməkdaşları, eləcə də, şəhid valideyinləri və idmançılar iştirak edirdi.
Sonda hər çəki dərəcəsi üzrə I,II,III yerləri tutan idmançılar yarışın təşkilatçıları tərəfindən diplom və medallarla mükafatlandırıldılar.


Oxunub: 151
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az