Niderlandın Rotterdam şəhərində keçirilən parataekvondo üzrə Avropa paralimpiya çempionatına yekun vurulub. İlk iki gündə uğurlu çıxış edən Azərbaycan millisi bu gün də uğurlu seriyanı davam etdirib.
Azərbaycan Taekvondo Federasiyasının dəstəyi ilə çempionata yollanan parataekvondoçularımızdan Əbülfəz Abuzərli (80 kq, K-44) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bütün rəqiblərinə qalib gələn təmsilçimiz qızıl medala yiyələnərək, Rotterdamda ikinci dəfə Azərbaycan himnini səsləndirib.
Ondan fərqli, Orxan Cəfərov (+80 kq, K-44) mükafat qazana bilməyib.
Beləliklə, yarışa 6 parataekvondoçu ilə qatılan Azərbaycan millisi 5 medal qazanıb. Abuzərli ilə yanaşı, İmaməddin Xəlilov (70 kq, K-44) çempion tituluna yiyələnib. Röyalə Fətəliyeva (52 kq, K-44) gümüş, Sabir Zeynalov (58 kq, K-44) və Amin Şıxalıyev (63 kq, K-44) bürünc medala sahib olublar.
Bu göstərici ilə Azərbaycan millisi kişilər və ümumi komanda hesabında ikinci yeri tutub.
ATF.
Oxunub: 272
Youtube Kanalımız
Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az