MDB Oyunlarının cüdo yarışlarında Azərbaycan cüdoçusu Abbasov Mehdi 73 kg bürünc medal qazanıb.
Mehdi, Bəxtiyar Abbasovun oğludur.
P.S- Bəxdiyar Abbasov 30 noyabr 1985-ci ildə Xocavənd rayonu Qaradağlı kəndində andan olan Bəxtiyar Abbasov, gənc yaşlarından qardaşı Şəhriyar Abbasovun təşəbbüsü ilə idmanla məşğul olmağa başlayıb beləki, əvvəllər idmanın cüdo və sambo növləri ilə məşğul olan Abbasov sonradan idmanın qaydasız döyüş növündə də öz gücünü sınamışdır. Abbasov bir çox beynəlxalq turnirlərdə və yarışlarda Azərbaycanı təmsil edərək uğurlar əldə etmişdir. Bəxtiyar Abbasov 2012-ci ildə cüdo üzrə beynəlxalq dərəcəli idman ustası adınada layiq görülmüşdür.
Əlavə olaraq, cüdoçularımız MDB Oyunlarının ilk günündə 3 qızıl və 2 bürünc medal qazandı. Avqustun 5 Belarusun ev sahibliyi etdiyi MDB ölkələrinin Oyunlarının cüdo yarışlarında Azərbaycan cüdoçuları 3 qızıl və 2 bürünc medal əldə edib. Yarışın ilk günündə qızlar və oğlanlar arasında 8 çəki dərəcəsində 16 cüdoçumuz medallar uğrunda mübarizə aparıb. Oğlanlar arasında -50 kq. çəkidə Nihad Məmişov, -55 kq. çəkidə Ayxan Mirzəzadə və -66 kq. çəkidə Cəsur İbadlı bütün görüşlərində qalib gələrək qızıl medal qazanıblar. Qızlar arasında -40 kq. çəkidə Xədicə Abdullayeva və -52 kq. çəkidə Aytən Verdiyeva yarışın bürünc medalını qazanıb.
İdmançılarımızı təbrik edirik!
Oxunub: 380