Üzgüçülük idman növü üzrə Qusar rayon turniri keçirilib.
05 avqust 2023-cü il tarixdə Qusar Olimpiya İdman Kompleksində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin və Qusar Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə üzgüçülük idman növü üzrə Qusar rayon turniri keçirilib.
Turnirin açılış mərasimində Azərbyaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, Quba Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Qusar Olimpiya İdman Kompleksin direktoru Elşən Məmmədov idmançıları salamlayaraq uğurlar arzulamışlar.
Ümumi turnirdə 100 nəfər həvəskar idmançı iştirak etmişdir.
Sonda müxtəlif yaş qrupları üzrə qaliblər təşkilatçılar tərəfindən müvafiq dərəcəli diplomlar və medallar, digər iştirakçılar isə sertifikatlar ilə təltif olunmuşlar.
Oxunub: 228