Şamaxı Olimpiya İdman Kompleksinin gənc gimnastların ifası qızıl medala layiq görülmüşdür.






Gürcüstan, Litva və Azərbaycanın 20 bölgəsindən idmançıların iştirak etdiyi Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Gimnastika hamı üçün” növü üzrə 1-ci Bakı Beynəlxalq “Challenge” yarışında 46 komandadan 500-dək idmançının bir-birindən maraqlı və rəngarəng proqramları arasında Şamaxı Olimpiya İdman Kompleksinin gənc gimnastların ifası qızıl medala layiq görülmüşdür. 
Bu münasibətlə Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov gənc qimnastlarla məşq etdikləri idman zalında görüşüb onları təbrik etdi və gələcəkdə daha yüksək nailiyyətlər arzuladı. Şamaxı Olimpiya İdman Mərkəzində Səbuhi Qarayevə rayonda idmanın inkişafında, gənc gimnastların məşqçisi Tatyana Belovaya və xoreoqraf Rauf Hacıyevə rayonda gimnastika idman növünün inkişafında roluna görə təşəkkürnamələr təqdim olundu. 
Məşqçilər və valideynlərlə birgə söhbət zamanı ölkəmizdə gimnastikanın uşaqlar və gənclər arasında böyük maraq doğurduğu vurğulandı və bu idman növünün rayonumuzda inkişaf etməsi üçün yaradılan şərait üçün Azərbaycan Gimnastika Federasiyasının Prezidenti xanım Mehriban Əliyevaya minnətdarlıq ifadə olundu.

Oxunub: 207
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az