Bu gün Şamaxıya ilk Beynəlxalq Reqbi sertifikatları gəldi.




Bir müddət əvvəl Bakıda World Rugby bayrağı altında məşqçilər və hakimlər üçün birinci beynəlxalq dərəcəli seminar keçirildiyi haqda xəbər vermişdik. Bugün iştirakçıların sertifikatları təsdiqlənib və onlar rəsmən "World Rugby level 1" sertifikat sahibi oldular. Məşqçiləri və hakimləri təbrik edirik və fəaliyyətlərində uğurlar arzu edirik!
Daha bir sevindirici məqam ondan ibarətdir ki Şamaxı rayonunu təmsil edən Alxas Məmmədov və Xanım Osmanova əvvəllər reqbi idman növündə oyun fəaliyyəti göstərmədən birbaşa məşqçilik sertifikatlarına sahib olan ilk mütəxəssislərdir. Bu reqbi idman növünün Azərbaycanda populyarlaşması və maraq cəlb etməsinin göstəricilərindəndir. 
Təbrik edirik!
P.S- Bu gün Şamaxıya ilk Beynəlxalq Reqbi sertifikatları gəldi.
Xüsusi minnətdarlıq ARF və Şamaxı Olimpiya Mərkəzinə.
03,04- 06-2023 ci il tarixində 
Bakı şəhərində "TİSA Titans" reqbi klubunun təşəbbüsü ilə Bakıda "World Rugby" təlimçisi Con Beytsin rəhbərliyi altında 1-ci Beynəlxalq dərəcəli məşqçilər seminarı başlayıb. Seminarda təşkilatçı klubdan savayı "Qarabağ" RK, Şamaxı Olimpiya Mərkəzinin və "Sumqayıt qasırğası" reqbi komandalarının məşqçiləri iştirak ediblər.

Oxunub: 378
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az