Fərid Qayıbov “Ümid yeri” uşaq sığınacaq evini ziyarət edib, burada uşaqlar üçün yaradılan şəraitlə tanış olub.

İyunun 5-də gənclər və idman naziri Fərid Qayıbov “Ümid yeri” uşaq sığınacaq evini ziyarət edib, burada uşaqlar üçün yaradılan şəraitlə tanış olub.
Uşaqlarla görüşən nazir onların əl işləri, yaradıcılıq və idman fəaliyyətləri ilə maraqlanıb. Uşaq sığınacaq evinin nümayəndələri çıxış edərək ölkəmizdə uşaqlara göstərilən dövlət qayğısından danışıblar. Görüşdə sağlam həyat tərzini təbliğ etmək istiqamətində əməkdaşlıq müzakirə olunub.
Sonda uşaqlara Gənclər və İdman Nazirliyinin hədiyyələri təqdim edilib. Onlar da göstərilən diqqətə görə Gənclər və İdman Nazirliyinə təşəkkürlərini bildiriblər. 
Uşaqlarla görüşdə nazir müavini Mariana Vasileva və “Bakı Abadlıq Xidməti” MMC-nin baş direktoru Bünyad Qasımov da iştirak ediblər.


Oxunub: 131
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az