Azərbaycanda yaşayan Ayrımlar kimdir? Onlar həqiqətən Türk soyundan gəlirlər?




Azərbaycanda yaşayan Ayrımlar kimdir? Onlar həqiqətən Türk soyundan gəlirlər? Niyə belə adlanırlar? Bu sualların cavabın aşağıdakı məqaləmizdən tapa bilərsiz.
Ayrımlar
Eymurlar(Ayrım),Eymur türkləri —Türkiyə türklərinin Azərbaycanın Gəncəbasar regionunun dağlıq hissəsində-Qazaxda,Tovuzda,Ağstafada,Gədəbəydə,Daşkəsəndə,Göygöldə,Şəmkirin və Goranboyun bir neçə kəndində məskunlaşmış etnoqrafik qrupu.Onlar Bərdənin Saatlı kəndində və Kəlbəcərin Yuxarı Ayrım və Aşağı Ayrım kəndində də yaşayırlar.Tarixi Göyçə mahalı da eymur türklərinin torpağı olmuşdur. Əmir Teymur Ankara vuruşmasından (1402) sonra Türkiyə ərazisindən köçürdüyü 50 min ailəni Dağlıq Gəncəbasarda, Qarabağ və indiki Ermənistanda yerləşdirmiş, onlar sonralar ayrım adı ilə tanınmışdır. Gəncə xanı Cavad xanın general Knorrinqə yazdığı məktubda eymurlar Gəncə xanlığının qədim elatı adlandırılır. XVII əsrdə eymurların bir hissəsi Irana keçərək şahsevən adlanmışdır.
Bəs kimdir bu Şahsevən Türkləri?
Şahsevənlər Azərbaycan Türklərinin bir boyudur. Şahsevənlər, milli bir boy adı olmaqdan çox, İran dövlət idarəsi tərəfindən siyasi bir termin olaraq istifadə edilmişdir. Əslində, müxtəlif Türk boylarının seçmə əsgərlərindən meydana gətirilən və Türk əsilli xanədanları qorumaqla vəzifələndirilən bu insanlara, şahlığı müdafiə etdikləri üçün Şahsevənlər adı verilmişdir. Bu qrup, zamanla aralarında qaynaşaraq bir cür ayrı bir qəbilə halına gəlmişdir. Olduqca imtiyazlı bir vəziyyətləri olan Şahsevənlər, uzun zaman yaxşı imkanlar içində yaşamışlar. Müasir dövrlərdə də İran ordusuna böyük xidmətləri keçən Şahsevənlərin, bu gün əhəmiyyətli bir qisimi Cənubi Azərbaycanda yaşamaqda olub sayları 400-500 min ətrafında vardır. Hətta Şahsevən Türklərinin "Milli Azdlıq Bayrağı" belə vardır.

Hazırladı: Həsənxan.

Oxunub: 1 086
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az