Bakıda taekvondo üzrə beynəlxalq seminar start götürüb. Dünya çempionatı ərəfəsində keçirilən məşğələlər 4 gün davam edəcək. Həmçinin yeniliklərlə bağlı əlavə dərslər də təşkil olunub.
Seminarlar Çeoulmin Kim (taekvondo proqramın partnyoru), Gündüz Abduallayev (ATF-in Hakimlər Komitəsinin sədri), Ameli Moras (WTF-in Hakimlər Komitəsinin sədri), Yunk Seok Yu (WTF-də Təhsil Departamentinin baş direktoru), Sonqçul Kim (WTF-in Texniki Komissiyası), Çakir Çelbat (WTF-də Paratekvondo Komitəsinin sədri) və Yunq Han Junq (texniki işçi) tərəfindən aparılır. Hakimlik seminarına 30, yeniliklər seminarına 24 ədalət təmsilçisi qatılıb.
Azərbaycan Takevondo Federasiyasının vitse-prezidenti Nağı Səfərov seminara qatılan qonaqları salamlayıb və uğurlar arzulayıb.
Qeyd edək ki, mayın 24-də hakimlik seminarından uğurla imtahan verənlərə beynəlxalq dərəcələr veriləcək.
ATF
Oxunub: 191
Youtube Kanalımız
Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az