13 may tarixində Hyatt Regency hotelində "TİSA Titans" reqbi klubunun təşkilatçılığı ilə xeyriyyə tədbiri keçirilib. Spiker qismində İrlandiya milli reqbi komandasının veteran oyunçusu, dünya və avropa reqbisinin canlı əfsanəsi Pol Uollosun spiker qismində dəvət olunduğu tədbirə "Qarabağ" Reqbi Klubunun nümayəndələri də dəvət olunmuşdu.
Tədbirin yekununda "TİSA Titans" klubunun rəhbəri Con Kuinn son Azərbaycan çempionu olan "Qarabağ" klubuna hədiyyə etdi. "Titanlar" cari ilin iyul ayında Şuşa təmsilçisinin Gürcüstanda təlim-məşq toplanışında iştirakına kömək edəcəklər. Beləliklə yeniyetmə reqbiçilərimiz iyulda Bakuriani vilayətində yerli "Tsikara" reqbi klubu ilə birgə təlim-məşq toplanışında iştirak edəcəklər və bir neçə yerli komandalarla test-görüşlərdə iştirak edecəklər.
Klubun rəhbəri Eldar Kərimov "Titanlara" təşəkkürünü bildirərək bunları qeyd etdi:
- "TİSA Titans" klubu Azərbaycanda reqbinin inkişafında mühüm rol oynayır. Uzun illər yerli komandalar, həmçinin "Qarabağ" bu klubun təşəbbüsü ilə birgə məşqlərdə, turnirlərdə və test-oyunlarında iştirak edib təcrübə mübadiləsi aparırlar. Bugün də komandamıza etdikləri dəstək çox vacib və giymətlidir. Bildiyiniz kimi son iki ildə biz müntəzəm olaraq beynəlxalq yarışlarda iştirak edirik və güclü Gürcüstan komandaları ilə oyunlarda təcrübə toplayırıq. İyulda baş tutacaq təlim-məşq toplanışında isə yeniyetmə reqbiçilərimiz gürcüstanlı həmkarlari ilə 7-10 gün ərzində birlikdə yaşayacaq, birlikdə məşq edib test-oyunlar keçirəcəklər. Və bu onların püxtələşməsində, daha da möhkəmlənməsində boyük rol oynayacaq. Eyni zamanda gənc məşqçilərimizin də bu toplanışda təcrübəli gürcü mütəxəssislərindən çox şeyin öyrənməsi imkanları olacaq. Bu dəstəyə görə cənab Con Kuinnə dərin təşəkkürümü bildirirəm. Eyni zamanda "Tsikara" reqbi klubuna da bu dəvətə görə minnətdaram.
Qeyd edək, ki təlim-məşq toplanışının tarixləri yaxın bir neçə gündə dəqiqləşəcək.
Oxunub: 189