Imaməli Hüseynovun xatirəsinə həsr olunmuş Sərbəst güləş üzrə açıq Astara rayon turniri.



Imaməli Hüseynovun xatirəsinə həsr olunmuş 
Sərbəst güləş üzrə açıq Astara rayon turniri.
    13-14 may 2023-cü il tarixlərdə Astara Olimpiya İdman Kompleksində Astara rayon Gənclər və İdman İdarəsi, Astara Olimpiya İdman Kompleksi ilə birgə  təsdiq etdikləri əsasnaməyə uyğun olaraq Imaməli Hüseynovun xatirəsinə həsr olunmuş oğlanlar-2010-2013  və qızlar- 2009-2014-cü il təvəllüdlü idmançılar  arasında Sərbəst güləş  üzrə  açıq Astara rayon   turniri keçirilmişdir.  
  Tədbirin açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səslənmiş, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizin xatirəsi və güləşçi İmaməli Hüseynovun xatirəsi 1 dəqiqəlik   sükutla yad edilmişdir.
   Yarışlar əsasnaməyə uyğun olaraq  2010-2013-cü il təvəllüdlü yeniyetmə oğlanlar  arasında  24+1, 26+1, 29+1, 32+1,35+1, 38+1, 41+1, 44+1, 48+1, 57+1, 62+1, 68+1, 75+1 və  2009-2014-cu il təvəllüdlü  qızlar  arasında   20, 23, 26, 29, 32, 35, 38, 41, 45, 55 çəki dərəcələri üzrə  keçirilmişdir.
    Yarışda 12 komanda - Astara,  Lənkaran,   Masallı,   Cəlilabad (Gİİ-nin UGİM), Gəncə (UGİŞM-1), Gəncə-2,  Salyan, “Təhsil” RİM,  Hövsan Olimpiya İdman Kompleksi,  ”Arena” İdman Klubu ( Bakı ), ”Zenit” İdman Klubu (Bakı),  “Yaşar” İdman Klubu ( Bakı )  şəhər və rayonları, idman klubları və idman cəmiyyətlərinin komandalarını təmsil edən  155  (120 oğlan və 35 qız)  nəfər idmançı fəxri yerlər uğrunda mübarizə aparmışlar.
    Yarışda Astara rayon oğlan və qız komandası 5 nəfər I yeri, 9 nəfər II yeri və 10 nəfər III yeri qazanmışlar. Ələkbərzadə Ağaəbülfəz ( 24 kq) I yeri, Hemidzadə İmamrza (41 kq) I yeri, Baxşıyev Ələkbər (48 kq) I yeri, Salmanova Əsma (20 kq) I yeri, İsmayılova Məryəm (26 kq) I yeri,  Hacızadə Tunar (26 kq) II yeri, Bunyamin Baba  ( 32 kq) II yeri, Mehrabov Hüseyn ( 38 kq) II yeri, Rüstəmzadə Rüstəm ( 48 kq) II yeri, Axundov Məhəmməd ( 52 kq) II yeri, Ağayev Ağabala ( 68 kq) II yeri,  İsmayılova Ömrənur (20 kq) II yeri, Nehmətzadə Tunay 29 kq) II yeri, Cəfərli Nuray (41 kq) II yeri, Hüseynov Seyid (24 kq) III yeri, Cəbrayılov Əkrəm (29 kq) III yer, Əliyev İzzətulla ( 38 kq) III yeri, Ələkbərzadə Ələkbər ( 41 kq) III yeri, Əskərli Elman (44 kq) III yeri, Həmidov Əlizamin (48 kq) III yeri, Ağazadə Surxan (48 kq) III yeri, Əliyev Əliağa ( 57 kq) III yeri, Ələkbərzadə Mədinə ( 23 kq) III yeri, İmaməlizadə Zeynəb (32 kq) III yeri qazanmışlar.
     Yarışda Astara Olimpiya İdman Kompleksinin direktoru, “Azərbaycan Respublikasının Əməkdar məşqçi” Aslan Ağayev və digər nümayəndələr, məşqçilər iştirak etmişlər.
      Sonda müxtəlif çəki dərəcələrində I, II və III yerləri qazanan idmançılar  Astara Olimpiya İdman Kompleksinin  təsis etdiyi  diplomlar və medallar ilə təltif olunmuşlar.




1


Oxunub: 139
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az