İspaniyanın Santa-Susanna şəhərində keçirilən bodibildinq və fitnes üzrə Avropa çempionatında Azərbaycan yığma komandasının üzvlərindən Hidayət Məhərrəmli ("Muskular mens fizik", boyu 179 sm-dək), Vüqar Verdiyev ("Masters bodibildinq", çəkisi 80 kq-dan yuxarı), Yusif Nurullayev ("Bodildinq", çəkisi 90 kq-dək) birinci yerə layiq görülüblər. Təbriz Tarverdiyev ("Mens fizik", boyu 179 sm-dək), Fərhad Quliyev ("Klassik bodibildinq", boyu 168 sm-dək), Səid Codairi ("Klassik bodibildinq", boyu 175 sm-dək), Mansur Şərifov ("Bodibildinq", çəkisi 85 kq-dək) ikinci, Şəhriyar Xızrı ("Klassik fizik", boyu 180 sm-dən yuxarı), Nizami Yarməmmədov ("Masters bodibildinq", çəkisi 80 kq-dək), Murad İsayev ("Bodibildinq", çəkisi 80 kq-dək) üçüncü pillədə qərarlaşıblar. Məhərrəmli Hidayət ("Muskular mens fizik") və Yusif Nurullayev ("Bodibildinq") isə mütləq çempionluğa sahib olublar.
Ümumi komanda hesabında Azərbaycan yığması dördüncü yeri tutub.
Oxunub: 196