Lionel Messi Səudiyyə Ərəbistanına səfər etmək üçün baş məşqçi Kristof Qaltye və idman direktoru Luis Kamposdan icazə almayıb.




PSJ-nin hücumçusu Lionel Messi Səudiyyə Ərəbistanına səfər etmək üçün baş məşqçi Kristof Qaltye və idman direktoru Luis Kamposdan icazə almayıb.

35 yaşlı hücumçu Fransa Liqa 1-in XXXIII turunda “Loryan”a məğlubiyyətdən (1:3) sonra Asiya ölkəsinə uçub. Paris təmsilçisi sözügedən qarşılaşmada qələbə qazanılacağı halda oyunçulara birgünlük istirahət vəd edib. Ancaq məğlubiyyətdən sonra bu, ləğv olunub. Bu səbəbdən komanda bazar ertəsi məşqə çıxıb. Futbolçuların bəziləri Messinin gedişinə görə şoka düşüblər.

Mənbə: “L`Equipe”

Oxunub: 137
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az