Məlumat üçün deyək ki, turnirdə ümumilikdə 1494 iştirakçı yarışıb.
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə Dövlət Sosial Müdafiə Fondunun təşkilatçılığı ilə pensiya və sosial müavinət alan şəxslər arasında keçirilən Ümumrespublika Şahmat Turnirinin yarımfinal mərhələsi başa çatıb. Gərgin mübarizə şəraitində keçən yarımfinal mərhələsində 21 nəfər yarışıb. Abşeron-Xızı Regional Filialı üzrə İlqar Şiriyev, 1 saylı Şəki-Zaqatala Regional Filialı üzrə Eldar Məmmədov, Dağlıq Şirvan Regional Filialı üzrə Yaşar Məmmədov, 2 saylı Lənkəran-Astara Regional Filialı üzrə Bəkir Şabiyev finala vəsiqə qazanıb. Məlumat üçün deyək ki, turnirdə ümumilikdə 1494 iştirakçı yarışıb.
Oxunub: 167