Verilən qərara əsasən ATF-da məşqçi müəllimlərin heyətində müəyyən dəyişikliklər olunub.




Azərbaycan Taekvondo Federasiyasının idarə heyətinin növbəti toplantısı keçirilib. Toplantıda məşqçi müəllimlərin fəaliyyəti, taekvondoçuların çıxışları müzakirə olunub. Verilən qərara əsasən məşqçi müəllimlərin heyətində müəyyən dəyişikliklər olunub. 
Belə ki, öz xahişi ilə istehfa verən kişilərdən ibarət milli komandanın baş məşqçisi Reza Mehmandoustun yerinə Məmməd Abdullayev, köməkçi məşqçi Rəşad Məmmdov, Sənan Həşimov isə qadınlardan ibarət milli komandanın böyük məşqçisi təyin olunub.
Təbrik edirik!

ATF.

Oxunub: 227
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az