Şuşa rayon Xəlfəli kənd Uşaq Musiqi Məktəbinin hesabat konserti keçirilib
Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli olan Şuşa rayon Xəlfəli kənd Uşaq Musiqi Məktəbinin Şuşanın 270 illiyinə həsr olunan hesabat konserti keçirilib. İlk öncə 44 günlük Vətən müharibəsində canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Məktəbin xor kollektivinin ifasında Səid Rüstəmovun “Gözəl Şuşa”, Tofiq Quliyevin “Alqış ana yurdumuza” mahnıları, şagirdlərinin ifasında isə “Şuşanın dağları ”, “Qarabağ şikəstəsi” səslənib.
Məktəbin direktoru Salman Ağalarov çıxış edərək, bu il Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Şuşa İli” elan olunmasından bəhs edib. Sonra konsertdə iştirak edən Sumqayıt Regional Mədəniyyət İdarəsinin Şuşa üzrə baş məsləhətçisi Bayram Cəfərli və məktəb direktorları çıxış edərək, məktəbin kollektivinə xoş arzularını bildiriblər.
Sonda məktəbin müəllim və şagird heyəti Fəxri fərmanla təltif olunub.
Oxunub: 491