Dərs dediyim müddətdə onda müasir gənclərə məxsus dəcəllik görmədim.
Dərs dediyim müddətdə onda müasir gənclərə məxsus dəcəllik görmədim. Onun bu sakitliyinin arxasında dərhal görə bilmədiyim başqa bir cavanlıqda vardı. O, sanki özü Şəhidliyini duyurdu. Bəlkə elə buna görə də ona xüsusi bir sayğı ilə, bəlkə də ehtiyatla davranırdım. Bəli, mən onun məşqçisi olmuşam. Amma mən nə bilərdim ki, vaxt gələcək mən ona Şəhidim deyə yada salacam. Şəhid Nadirov Fədail (1999-2020 ) Nadirov Fədail Fərhad oğlu 23 iyul 1999-cu ildə Qobustan rayonunun Bədəlli kəndində anadan olmuşdur. Bədəlli kənd tam orta məktəbin də 2006-cı ildə I sinfə qəbul olmuş, həmin məktəbi 2016-cı ildə bitirmişdir. 2017-ci ildə hərbi xidmətə getmişdir. 2019-cu ildə hərbi xidmətdən qayıtmışdır . O, uşaqlıqdan hərbiçi olmaq arzusunda olmuşdur. 2020-ci ildə sənədlərini müddətdən artıq xidmət etmək üçün vermiş və xidmətə başlamışdır. 27 sentyabr 2020-ci ildə II Vətən müharibəsi başlayanda o, da müharibəyə qatılmışdir. Füzuli uğrunda gedən döyüşlərdə Şəhid olmuşdur. Ölümündən sonra “Füzulinin azad olunması” və “Vətən Uğrun-da”medalları ilə təltif olunur. Allah rəhmət eləsin!