Sabirabad Regional Mədəniyyət İdarəsinin və Sabirabad rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılğı ilə Sabirabad rayon Mədəniyyət Mərkəzində şəhid və qazi övladlarının şərəfinə Yeni İl şənliyi təşkil olunmuşdur






Sabirabad Regional Mədəniyyət İdarəsinin və Sabirabad rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılğı ilə Sabirabad rayon Mədəniyyət Mərkəzində şəhid və qazi övladlarının şərəfinə Yeni İl şənliyi təşkil olunmuşdur.
Bakı şəhər Uşaq və Gənclər Teatrının təqdimatı ilə keçirilən tədbirdə çıxış edənlər şəhid və qazi ailələrini qarşıdan gələn "Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü" və "Yeni İl" münasibətilə təbrik etmişlər.
Şənliyin bədii hissəsində uşaqlar üçün maraqlı səhnəciklər, oyunlar, müsabiqələr təşkil olunmuşdur. Yolka ətrafında toplaşan uşaqlar Qar Qız, Şaxta Baba və digər nağıl qəhrəmanları ilə birgə əyləniblər. 
Daha sonra teatr tərəfindən nümayiş olunan "Ağıllı tülkü" tamaşası uşaqların böyük marağına səbəb olmuşdur.
Sonda uşaqlara tədbir təşkilatçılarının hədiyyələri təqdim olunmuşdur.

Oxunub: 320
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az