Vətən torpağının azadlığı uğrunda şəhadətə qovuşan şəhidlərimiz daim xalqımızın qəlbində yaşayacaq.
Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Sumqayıtın Tarixi Muzeyinin əməkdaşları 44 günlük Vətən Müharibəsində qəhrəmanlıq göstərərək şəhid olan Sumqayıt şəhərinin Corat qəsəbə sakini Əzizağa Dadaşovun ailəsini ziyarət ediblər. Valideynləri övladları haqqında qürurla söhbət açaraq, onun xatirələrini bölüşüblər.
Kollektiv şəhidin ailəsinə Allahdan səbr diləyib və hər daim yanında olduqlarını vurğulayıblar.
Əzizağa Dadaşov Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasında igidlik göstərərək Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. 19 oktyabrda Füzulinin Yarəhmədli kəndinin azad olunması uğrunda gedən döyüşlərdə həlak olub
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Əzizağa Dadaşov ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda", 24.12.2020-ci il tarixli Sərəncamına əsasən "Cəbrayılın azad olunmasına görə" və 25.12.2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edildi.
Oxunub: 440