"İndi də o başqasının arvadıdır, kişiyə yaramaz başqasının arvadının qeybətini eləyib, eyiblərini açsın..."
Bir dostum arvadını boşamaq istəyirdi. Ondan boşanmanın səbəbini soruşanlara belə deyirdi: "Kişiyə yaraşmaz öz arvadının eybini özgələrə desin". Boşanandan sonra arvadı başqası ilə ailə qurur. Yenə həmin kişidən soruşurlar ki, daha sənin arvadın deyil o boşadığın qadın. Heç olmasa indi deyə bilərsənmi ki, o vaxtı hansı səbəbə boşamısan? Kişi cavabında deyir:"İndi də o başqasının arvadıdır, kişiyə yaramaz başqasının arvadının qeybətini eləyib, eyiblərini açsın..."Mehmet Akif Ersoy
Oxunub: 418