Birinin gizli gəlib qətlinə fərman vermə- Rüstəmov Qasım.
Addım at məqsədinə, durmağa bir an vermə.Sən dəyər ver gələn hər fürsətinə, yan vermə.Yada sal xoş ötüşən günləri, ruhdan düşməQısa müddətli çətinliklərə qurban vermə.Nə özün əzmə özündən zəif heç bir adamı,Nə səni əzməsinə heç kimi imkan vermə.Kimə bir yaxşılığın dəysə qoyarsan minnət,O zaman dərdi olan kimsəyə dərman vermə.Birinə yardım edirsənsə riyakarlıqla,Birinin gizli gəlib qətlinə fərman vermə.Sənə bir dost ki, deyir şəxsi problemlərini,Güvənib sirrini açmış, çalış elan vermə.Qoyma ki, nəfsini baş qaldıra, tez kəs başını,Vaxtı-vaxtında Qasım qarşısın al, can vermə.Müəllif; Rüstəmov Qasım.
Oxunub: 348