Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində könüllü olaraq fəaliyyətə cəlb edilən bir qrup gəncə sertifikatlar verilib.







30 iyun 2021-ci il tarixində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində könüllü olaraq fəaliyyətə cəlb edilən bir qrup gəncə sertifikatlar verilib. “Könüllülük fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, könüllü kimi iki ay müddətində fəaliyyət göstərib müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən xüsusi sertifikatlar təqdim edilib.
Konstitusiya Məhkəməsində könüllülər Aparatın müxtəlif şöbə və sektorlarında təcrübə keçmiş, səlahiyyətli subyektlərin sorğu və müraciətləri, həmçinin vətəndaşların ərizə, məktub və şikayətlərinin öyrənilməsi prosesi ilə yaxından tanış olmuşlar.

Oxunub: 274
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az