
22 iyun 2021-ci il tarixində Yaponiyanın ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində Toyota Tsuşo Korporasiyası ilə səhiyyə sahəsində əməkdaşlıq mövzusunda görüş keçirilib.
Görüşdə Agentlik tərəfindən Strateji təhlil departamentinin rəhbəri Araz Nəsirov, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Ruslan Abdullayev, A.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının direktoru Azər İsmayılov və şirkət nümayəndələri iştirak ediblər.
Səhiyyə sahəsində təcrübə mübadiləsi, xəstəxanaların idarəedilməsi, reabilitasiya mərkəzləri üçün konsultasiya xidmətləri, avadanlıqların təchizatı, insan resurslarının yetişdirilməsi, texniki əməkdaşlıq, səhiyyə sahəsinə investisiya imkanları və digər mövzularda fikir mübadiləsi aparılıb.
Oxunub: 264
Youtube Kanalımız
Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az