Şamaxı İdman Olimpiya Kompleksində keçirilən yarışda 5 kateqoriya üzrə Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstanı təmsil edən badmintonçular iştirak ediblər.


Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Türkdilli Dövlətlərin beynəlxalq badminton turnirinə yekun vurulub. Şamaxı İdman Olimpiya Kompleksində keçirilən yarışda 5 kateqoriya üzrə Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstanı təmsil edən badmintonçular iştirak ediblər.
Kişi badmintonçuların şəxsi yarışında badmintonçumuz Diki Pangestu, qadın badmintonçuların şəxsi yarışında Türkiyə təmsilçisi Özge Bayrak, kişi badmintonçuların qoşa yarışında Serhat Salim-Yusuf Ramazan (Türkiyə) tandemi turnirin qalibi olublar. Qadın badmintonçuların qoşa yarışında Türkiyə təmsilçiləri İlayda Nur-Sare Ece, qarışıq qoşa kateqoriyasında Azərbaycan badmintonçuları Muhammed Kadafi-Era Maftuha cütlüyü qızıl medala layiq görülüblər.
Sonda qaliblər mükafatlandırılıb. Qaliblərə medalları gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadov, Türkiyə Badminton Federasiyasının prezidenti Ercan Yılmaz və Türk Dövlətləri Təşkilatı gənclər və idman nazirlərinin 7-ci iclasının iştirakçıları təqdim ediblər.

Oxunub: 336
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az