Azərbaycan Dünya Taekvondosunun Qala gecəsində təmsil olunub.
ATF.
Azərbaycan Dünya Taekvondosunun Qala gecəsində təmsil olunub.Dünya Taekvondosunun Qala gecəsi keçirilib. İngiltərənin Mançester şəhərində təşkil olunan mərasimdə ilin ən yaxşılarının adları açıqlanıb. Qala gecədə ölkəmiz Azərbaycan Taekvondo Federasiyasının (ATF) vitse-prezidenti Hikmət Səmədovla təmsil olunub. Tədbirdə, həmçinin parataekvondo üzrə millimizin baş məşqçisi Fərid Tağızadə, parataekvondoçular Sabir Zeynalov (58 kq), İmaməddin Xəlilov (70 kq) və Əbülfəz Abuzərli (80 kq) də iştirak ediblər. Qala gecəsində ATF rəsmisi Hikmət Səmədov Dünya Taekvondosunun (WT) prezidenti Çunqvon Çu ilə görüşərək ölkəmizdə taekvondonun daha da inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparıb.
Oxunub: 280