Şamaxı Olimpiya Mərkəzində Reqbi festivalı.
Dünən Şamaxı Olimpiya Kompleksində 2010-2012-ci il təvəllüdlü yeniyetmələr arasında reqbi festivalı keçirildi. Yarışda yerli komandalardan savayı Qəbələ, Şuşa və Sumqayıt təmsilçiləri iştirak edirdi. Tədbir komandaların birgə məşq prosesindən başlayıb, oyunlarla davam etdi. Festivalın keçirilməsinin məqsədi yeniyetmə reqbiçilərin oyun təcrübəsinin qazanması və təcrübə mübadiləsinin aparılması idi. Görüşlər çox maraqlı və gərgin mübarizə şəraitində keçdi. ARF.
Tədbirin sonunda bütün iştirakçılar xatirə diplomları ilə təltif olundular. Bundan başqa "Libraff" dükanlar şəbəkəsi hər bir yeniyetmə reqbiçiyə hədiyyə təqdim etməklə yanaşı, hər komandanın ən yaxşı oyunçularına və komandaların məşqçilərinə xüsusi hədiyyələr təqdim etdi. Azərbaycan Reqbi Federasiyası həmçinin ən yaxşı oyunçulara federasiyanın simvolikası ilə xüsusi geyimlər hədiyyə etdi.
"Libraff"-ın balaca idmançılara diqqəti bununla yekunlaşmadı. Reqbinin ənənəsinə uyğun olaraq yarışdan sonra iştirakçılar üçün Şamaxı Olimpiya Kompleksində "3-cü taym" adlanan nahar məclisi təşkil olundu. Bu cür məclis reqbinin yazılmamış qaydalarına görə oyunçuların dostluq əlaqələrinin yaradılması və möhkəmləndirilməsi üçün çox vacib rol oynayır.
Festivalın iştirakçıları olan "Şamaxı Olimpiya kompleksi", "Şamaxı THT liseyi", "Qəbələ" İK, "Qarabağ" və "Sumqayıt Qasırğası" komandalarına yarışda möhtəşəm iştirakına görə təşəkkürümüzü bildiririk və yeni yarışlarda uğurlar arzu edirik!
Azərbaycan Reqbi Federasiyası ilə yanaşı tədbirin təşkilatçısı olan "Qəbələ" İdman Klubuna bu cür maraqlı reqbi bayramının təşkilinə görə minnətdarlığımızı bildiririk!
Nəhayət tədbirimizə xüsusi rəng qatan, yeniyetmələrə gözəl hədiyyələr təqdim edən "Libraff" dükanlar şəbəkəsinə diqqətə görə dərin minnətdarlığımızı bildiririk.