XTQ-nin tarix yazan kapitanı: Düşmən onun verdiyi koordinatlarla darmadağın edilirdi
Xüsusi Təyinatlı Qüvvələrin kapitanı Şəhid İsmayıl Səmədov...
Şəhid xanımı Bəsti Səmədova İsmayılın 1990-cı ildə Zaqatala rayonunun Lahıc kəndində dünyaya gəldiyini, 1996-2005-ci illərdə Q.Qocayev adına Lahıc кənd tam orta məktəbində, 2005-2007-ci illərdə isə Bakıda Kimya-Biologiya Təmayüllü Liseydə oxuduğunu deyib. “Liseyi bitirdikdən sonra təhsilini 2007-2011-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məкtəbində (AAHM) davam etdirib. 2007-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Mingəçevir şəhərində yerləşən "N" saylı hərbi hissəsində xidmət edib. 2011-ci ildə öz ərizəsiylə Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) kursuna yazılıb və bu kursu birinciliklə bitirib. 2014 və 2017-ci illərdə Gürcüstanda dağçılıq və dağçılığın təkmilləşdirilməsi kurslarını müvəffəqiyyətlə keçib. 2015-ci ildə Türkiyədə xizəkçilik təlimlərinə qatılıb. 2018-ci ildə isə Türkiyədə 25 ölkə arasında keçirilən EFES beynəlxalq yarışında ölkəmizə birincilik gətirib. Erməni, rus, ingilis dillərini bilirdi. İsmayılgil ailədə 3 uşaq - iki qardaş, bir bacı olublar. Yoldaşım ailənin böyük övladı idi. Hər ikimiz Lahıc kəndindənik. Aprel döyüşlərində nişanlı idik. İsmayıl döyüşdən qayıdandan sonra evləndik. Nurgül adlı 3 yaşında qızımız, Mehdi adlı bir yaşlı oğlumuz var. Onun adını kəşfiyyatçı “Mixaylo”nun şərəfinə qoymuşdu. İsmayıl Səmədovla birgə vuruşan XTQ döyüşçüsünün xatirəsi: “İsmayıl kordinator idi. Düşmən bölmələrinin yerlərini tapıb topçu batareyalarına məlumat ötürürdü. Spayk manqasının idarəçiliyi ona tapşırılmışdı. Cəbrayıl döyüşlərində 9 tank vurşdurmuşdu. Arazboyu hücumlar zamanı taborumuz birgə fəaliyyətə başladı. Cəbrayılda teleqüllənin ətrafındakı strateji yüksəkliyin azad edilməsi ilə bağlı komanda aldıq. Oktyabrın 4-ü gecə saatlarında İsmayıl 25-30 nəfərlik heyətlə hücum edib, yüksəkliyi azad etdi.
O, Cəbrayıl, Hadrut və Füzulinin azadlığı uğrunda şücaətlə vuruşaraq oktyabrın 11-də şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı, “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunub.Hərbçi Həyatı
Allah rəhmət eləsin!
Oxunub: 364