Mənim sözüm dəyərli oxuculara, bir də həmkar şairlərə...





Mənim sözüm dəyərli oxuculara, bir də  həmkar şairlərə...
                🌻🌹🌻              
Anlat bu harınlara -
Ölüm də var, itim də.
Düşmən əlində yurdlar,
Yurd-yuvasız yetim də var.
               🌴🪴🍀
Faciənin içində, 
Dəhşəti hiss etmərik,
Köməksiz insanların,
Harayına yetmərik..!
               🌷🌼🌷
Köməksizə zülümlər,
Dönəcəkdir geriyə.
Məgər məzlumun ahı,
Yüksəlmir ilahiyə...!
             🌺🥀🌹
Xalqı duyan hər kəsə,
Xalq bəslər ehtiramlar.
Xalqı duymayanlarda,
Oyanarmı vicdanlar..?
                 💐🌼🪴
Axirət labüdlükdür,
Haqq-hesab qaçılmaz.
O aləmin sirrləri,
Bu aləmdə açılmaz..!
                🦠🌳🏵
Haqq deyilən bir yolda -
Millətlər yalqız gedir.
Cəzasızlıq mühütü ,
Çoxun əxlaqsız edir..!
                🍁🍀
Göz görmək istəmirsə,
Nə işıq, nədə eynək,
Ona heç bir baxışda,
Eyləyə bilməz kömək..!
               🌲🌹🌿
Hər kəs səviyyəsində,
Mövqeyini bilməlidir.
Boynunda olan borcu,
Haqqı ödəməlidir...!
                 🌻🌹🌻
           Yeni-Yasamal
              Şair ocağı
            Şair Ə.V.Çaylı

Oxunub: 122
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az