12 may Ayaz Mütəllibovun doğum günüdür.
12 may Ayaz Mütəllibovun doğum günüdür.
Ayaz Niyazi oğlu Mütəllibov (d. 12 may 1938, Bakı, Azərbaycan SSR) — Azərbaycan Respublikasının 1-ci prezidenti, Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin sonuncu, 14-cü birinci katibi. Ayaz Niyazi oğlu Mütəllibov 12 may 1938-ci ildə Bakıda ziyalı ailəsində anadan olub. 1962-ci ildə Azərbaycan Neft-Kimya İnstitutunu bitirib.
1959-cu ildə Bakı Soyuducular Zavoduna işə girib və 19 il burada çalışıb. Adi işçi kimi fəaliyyətə başlayan Mütəllibov 26 yaşında ikən bu iri müəssisənin müdiri vəzifəsinə təyin olunur.
1974-cü ildə isə "Bakelektromaş" istehsalat birliyinin müdiri təyin olunur. 1977-ci ildə Bakı şəhəri Nərimanov Rayon Partiya Komitəsinin ikinci katibi seçilir. 1979-cu ildə respublikanın yerli sənaye naziri təyin olunur. 1982-ci ildə Azərbaycan SSR-in Dövlət Plan Komitəsinin sədri eyni zamanda nazirlər şurasının sədr müavini vəzifələrini tuturdu.