
Həyat aşiqi şair-xanəndə, Şirvanın gözəl səsli bülbülü Mirzə Məhəmmədhəsən
Klassik muğam ifaçılarını xatırlayarkən bir çox sənətkarlar göz önünə gəlir.Onlardan biri də dövrünün görkəmli xanəndəsi və şairi Mirzə Məhəmmədhəsəndir.Mirzə Məhəmmədhəsən 1851 - ci ildə Şamaxı şəhərində anadan olub.
Onun formalaşmasına Mahmud ağanın sarayında təşkil olunan muğam məclislərinin böyük təsiri olmuşdur. Onun ilk muğam müəllimi Kərbəlayı Əkbər Mahmud ağanın sarayında xanəndə idi. Gənc Məhəmmədhəsən dini mərasimlərdə iştirak etmiş, Kərbəlayı Əkbərdən muğam və təsnifləri dərindən öyrənmişdir. Onun istedadını dəyərləndirən Mahmud ağa onu öz sarayına dəvət etmişdir. O, burada püxtələşərək, dövrünün mahir xanəndələrindən biri kimi tanınmış, hətta muğam məclislərində Hacı Hüsü, Əbdülbaqi Zülalov kimi ustad xanəndələrlə yarışa girmişdi; muğamatı və poeziyanı dərindən bildiyinə və özü də şeirlər yazdığına görə onu “Mirzə” çağırırdılar.
O, təkcə Azərbaycanda deyil, Zaqafqaziyanın hər yerində çox məşhurlaşmışdı. O, “Şur”, “Şüştər”, “Hümayun”, “Rast” muğamlarını, xüsusilə “Mənsuriyyə” zərbi muğamını böyük məharətlə oxumuşdur. “Sarıtorpaq şikəstəsi”nin, xanəndələrin repertuarına daxil olmuş bir çox təsniflərin yaradıcısı hesab olunur. Mirzə Məhəmmədhəsən həm də şair olmuşdur. Onun qəzəllərindən muğam ifaçılığında istifadə olunur. Ömrünün son illərində o, kor və kar olmuş, həyatı ağır ehtiyac içində keçmişdir. O, bütün duyğularını öz şeirlərində təcəssüm etdirmişdir. Onun “Nalə” adlı şeirlər kitabı 1916 ildə çap olunmuşdur.
Musiqi Mədəniyyəti və Ədəbiyyatı tarixində iz qoyan
Mirzə Məhəmmədhəsən 1917 - ci ildə vəfat edib.
Oxunub: 421
Youtube Kanalımız
Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az