Qarpız.
İlk yabanı qarpızlar Afrikanın cənubunda yerləşmişdir.
Qarpız haqqında bilmədiyiniz məlumatlarDünyada 1200-dən çox qarpız növü var.
Bu qarpız növlərindən bəzilərinin çəkisi 90 kiloqramı ötür.
Dünyanın ən ağır qarpızı olaraq Ginnesin Rekordlar kitabına düşən qarpızın çəkisi 159 kiloqramdır.
1 qarpızın, təxminən, 92 faizi su və 6 faizi isə şəkərdir.
100 qram qarpız, təxminən, 30 kalori enerjiyə malikdir.
Dünyada 90-dan çox ölkədə qarpız yetişdirilir.
Dünyada ən çox qarpız istehsal olunan ölkə Çindir.
Dünyada ən çox qarpız istehsal olunan ikinci ölkə isə Türkiyədir.
Xərçəngə qarşı ən təsirli maddələrdən olan likopenin ən çox pomidorda olduğu güman edilsə də, əslində, qarpızda pomidordan daha çox likopen var.
Qarpız suyu əzələ ağrılarını aradan qaldırır.
1776-cı ildə da Amerikada çıxan ilk yemək kitabında qarpız qabığı turşusu təsvirinə yer verilmişdir.
Dünyada pomidordan sonra ən çox istehsal edilən meyvə qarpızdır.
Yaponiyada son 40 ildir ki, qarpızlar, ümumiyyətlə, kub şəklində istehsal olunur.
Misir heroqlifləri ilk qarpız yetişdirilməsinin, təxminən, 5000 il öncə meydana gəldiyini göstərir.
Keçmişdə Misirdə ölən kralların məzarlarına ruhlarını bəsləməsi məqsədilə qarpız qoyulurdu.
Amerikanın Oklaxoma ştatında qarpız "rəsmi əyalət tərəvəzi" olaraq müəyyənləşdirilmişdir.
Çin və Yaponiyada ev hədiyyəsi olaraq qarpız aparırlar.
Belə ki, üzərində hər hansı izlərin olmaması, saplağın yaşıl oması vacib amillərdən biridir. Həmçinin üzərində sarı ləkələrin olmasına da nəzər yetirilməlidir ki, yetişmiş qarpızın torpaqla təmas etdiyi hissələr əvvəl ağ olur, sonradan açıq sarıya çevrilir.
Qarpızın cizgilərı aydın olmalıdır. Yetişmiş qarpız seçərkən onun saplağı incə və quru olmalı, qabığına dırnaqla toxunduqda asanlıqla cızılmamalıdır.
Qarpızın kəsilərək alınması bir o qədər məsləhət deyil. Çünki qarpızı kəsən bıçaq sanitariya ve gigiyena qaydalarına uyğun təmizlənməlidir ki, qarpızın içinə yad maddələr düşməsin.
Bundan əlavə, təbii yetişmiş məhsul əldə etmək istəyiriksə, qarpız öz mövsümündə, yəni iyun ayının sonundan sentyabrın əvvəlinə kimi, əsasən avqust ayında istehlak edilməlidir. Aqrokimyəvi dərmanlarla yetişmiş məhsul həm dad etibarilə standartlara uyğun olmur, həm də kəskin nişasta qoxusu verə bilər. Belə məhsulların istehlakından imtina edilməlidir.