Şanlı Qələbəmiz qürur mənbəyimizdir !
Əsrlər boyu Azərbaycan xalqı bu Qələbəni ürəyində , qəlbində yaşadacaq. Çoxəsrlik Azərbaycan tarixində buna oxşar parlaq Qələbə və mütləq Qələbə olmamışdır. Azərbaycan öz ərazi bütövlüyünü, tarixi ədaləti bərpa etdi, işğalçıları əzəli torpaqlarımnızdan qovdu. Azərbaycan mütləq qələbəni qazandı, düşməni darmadağın etdi.
Tarixi Qələbəmizin qazanılmasında bir çox faktorlar vardır:
1. Xalq-Prezident, Prezident-Xalq birliyinin mövcudluğu, xalqın prezidentimiz, Ali Baş Komandan, cənab İlham Əliyevin ətrafında sıx birləşməsi, xalqımızın dəstəyi;
2. Ali Baş Komandan, cənab İlham Əliyevin yeritdiyi düzgün, çevik, səmərəli daxili və xarici siyasət, döyüş əməliyyatlarında manevrlər və taktiki gedişlər;
3. Əsrin partiyası , Yeni Azərbaycan Partiyasının aktiv fəaliyyəti;
4. Ərazinin bizə yad omaması səbəbli oriyentrlərin düzgün seçilməsi, mövqelərin düzgün seçimi
5. Ordumuzun rəşadəti
Xalqla rəhbərlik arasında sıx vəhdətin əsası Ulu Öndər Heydər Əliyevin zamanında qoyulmuşdur. Heydər Əliyev 1993-cü ildə ikinci dəfə hakimiyyətə gələnədək respublikada ictimai-siyasi, iqtisadi vəziyyət olduqca ağır idi. Rəhbərliyin yarıtmaz siyasəti nəticəsində siyasi dağınıqlıq hökm sürür, mərkəzi aparat idarəetməni itirir, iqtisadi islahatlar keçirilmir, tənəzzül yaşanır , cəbhədə ard-arda uğursuzluqlar növbəti ərazilərin düşmənə asanca təhvil verilməsinə gətirib çıxarırdı. Xalqın inanaraq seçdiyi hökumət bir il ərzində artıq legitimliyini itirimişdir ki, bu da əsl faciə hesab edilə bilərdi.
Xalq artıq özünə yeni, bütün bu fəlakətlərdən xilas edə biləcək rəhbər axtarırdı. Və belə bir şəxsi də tapdı. Bu uzun illər1969-1982-ci illlərdə Azərbaycan Respublikasına rəhbərlik edən Mərkəzi Komitənin katibi Heydər Əlirza oğlu Əliyev idi.
Ümumiyyətylə Heydər Əliyevin ikinci dəfə respublikaya rəhbərliyə Qayıdışını Fransa imperatoru Napaleon Bonapartın Fransaya qayıdışına bənzədirəm. O zaman Fransanın daxili vəziyyəti qeyri-sabit idi. Ölkədə iqtisadi tənəzzülün qarşısı alınmırdı. Xalq kütlələrinin güzəranı getdikcə pisləşirdi. Müharibələr ölkəyə baha başa gəlirdi. İri burjuaziya hökuməti ölkədə qayda-qanun yarada bilməməkdə günahlandırırdı. Dövlətdə Napaleon Bonapart kimi şəxsiyyətə ehtiyac vardı.
Çünki Fransanı bu bəladan yalnız onun qurtaracağı güman edilirdi. Və bu güman özünü doğrultdu.
Heydər Əliyev uzaqgörənliyi səbəbli hələ çalışdığı 1969-1982-ci illərdə illərdə baxmayaraq ki, totalitar rejimli bir dövlətdə xidmət edirdi, Azərbaycanın , xalqımızın gələcəyi naminə əsaslı hazırlıqları görürdü. Onun fəaliyyəti sayəsində hərbi-sənaye, sənaye istiqamətli mühüm obyektlər, müəssisələr tikilir, Qarabağa dəmir yol xətlərini genişlənir, həmin istiqamətə yollar salınır, istedadlı azərbaycanlılar hansı ki, hal-hazırda həmin kadrlardan dövlət müstəqil dövlətçiliyimizin inkişafı naminə yararlanır və böyük işlər görür, xarici dövlətlərin tanınmış ali təhsil müəssiələrində təhsil almağa, göndərilirdi. Bu gün də Azərbaycan xalqı, dövlətimiz vaxtilə keçirilən bu islahatların bəhrəsini görür.
Sovet İttifaqı dağıldıqdan sonra Heydər Əliyev tənəzzülə uğrayan iqtisadiyyat, sürətlə artan inflyasiya, işsizlik, ümidsizlik mühiti və digər neqativ hallarla üz-üzə qalmış Azərbaycanı qısa bir zamanda iqtisadi və mədəni yüksəliş yolu tutan, xarici sərmayələrə açıq olan və böyük beynəlxalq layihələrə qoşulan ölkəyə çevirə bildi.
Ümummilli liderimiz Heydər Əliyevin milli dövlətçilik, vətənpərvərlik ideyaları bugünkü inkişafımızın təməlini təşkil edir. Dahi şəxsiyyətin fikrincə, Vətən yalnız coğrafi ərazi deyil, harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının şan-şöhrəti, qeyrəti, qürur mənbəyidir. Bugünkü müasir, müstəqil Azərbaycan ulu öndərimiz Heydər Əliyevin bizə ən müqəddəs, ən ülvi əmanəti, yadigarıdır.
Heydər Əliyev dünyada , ölkəmizdə həmişə sülh istəyirdi. Sülh və əminamanlığı cəmiyyətin inkişafının təməli hesab edirdi. Buna gördə də xalqları, xalqımızı daima birliyə dəvət edirdi.
Heydər Əliyevin ilk dəfə olaraq Azərbaycan tarixində 31 dekabrın “ Dünya azərbaycanlılarının həmrəylik günü” bayram günü olaraq qeyd edilməsi, 2001-ci il 21 mayda Dünya Azərbaycanlılarının I Qurultayının ilk dəfə keçirilməsi haqqında verdiyi sərəncamları bilavasitə onun azərbaycançılıq ideologiyası əsasında həyata keçirdiyi fəaliyyətinin tərkib hissəsi idi.
Həqiqətən xalqımız da Heydər Əliyevi çox sevirdi ki, bu sevgini o, özü qazanmışdır.
Bu gün onun siyasi irsinin davamçısı olan ölkə rəhbərimiz, cənab İlham Əliyevi də xalq dəstəkləyir .
Təsadüfi deyil ki, İkinci Qarabağ müharibəsində ( 27.09.2020-10.11.2020 ) xalqımızın Prezidentimiz İlham Əliyevlə bir hərəkəti sayəsində qısamüddətli müharibə ilə biz Qələbə əldə etdik.
2003-cü ildə xalq Heydər Əliyev siyasətinə səs vermiş, Prezident İlham Əliyevə etimad göstərmişdir.
Azərbaycan son on yeddi il ərzində doğrudan da tarixi uğurlara imza atıb.
Son on yeddi il gənc ölkəmiz üçün əvvəlki dövrə, o möhkəm təmələ əsaslanmış yeni dövrdür.
2003-2020-ci illər “Vətən müharibəsi” modelinin tətbiqi üçün hazırlıq dövrü olmuşdur. Məhz buna görə də həmin müddət ərzində diplomatik danışıqlar aparmaqla Azərbaycan öz hərbi-iqtisadi gücünü və beynəlxalq nüfuzunu artırmışdır.
Prezident İlham Əliyev: “Biz hazırlaşmalı idik və mən bunu gizlətmirdim. Mən deyirdim ki, sülh yolu ilə məsələ həll olunmasa, müharibə yolu ilə bunu həll edəcəyik.”
Cənab İlham Əliyev həmçinin demişdir ki, nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm.
Dövlət başçısı demişdir ki, İkinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaq: “Bu qələbənin qazanılmasında bütün xalqımız birlik, həmrəylik göstərmişdir. Atılan addımlar bütün bir məqsədi güdürdü ki, qısa müddət ərzində az itkilərlə düşmənə elə sarsıdıcı zərbə vuraq ki, düşmən məcbur olub torpaqlarımızdan çıxsın. Döyüş meydanında qazanılmış qələbələr siyasi müstəvidə də qələbənin qazanılmasını şərtləndirdi.”
Həqiqətən də dövlət başçımız həm də bu savaşda dünya liderlərinin cavablarını maraqlandıran , xüsusi olaraq hazırlanmış media nümayəndələrinin suallarını yüksək məntiqi və intellekti ilə lazımi şəkildə cavablandırmışdır. Diplomatiya müharibəsində də Qələbəni tam təmin etmişdir.
Prezidentin Amerika Birləşmiş Ştatlarına məxsus məşhur “Fox News” telekanalına müsahibəsində Bill Klinton və Corc Buşun ailə hakimiyyətindən, onların və digərlərinin korrupsioner fəaliyyətindən , “BBC NEWS” a müsahibəsində jurnalisti ermənilərin vandal hərəkətlərə , təxribatçılığa malik xislətli olmaqla hətta öz kilsələrini belə dağıtmağa hazır olduqlarına inandırmasından, Almaniyanın “ARD “ telekanalına müsahibəsində Elzas və Lotarengiya vilayətlərinin Almaniya üçün necə əziz olması kimi Qarabağın da Azərbaycan üçün eləcə əziz olmasından, Fransanın “Fiqaro” qəzetinə müsahibəsində onların Dağlıq Qarabağa hücuma keçmisiniz sualına İlham Əliyev cənablarının Dağlıq Qarabağa qarşı hərbi hücuma keçməmişik, Ermənistan Azərbaycana qarşı hərbi hücuma keçmişdir. Bu hərbi hücumun ilk saatlarında bizim mülki şəxslər və hərbi qulluqçularımız arasında qurbanlarımız olmuşdur kimi və ya Türkiyənin müharibədə Azərbaycana dəstək verməsi kimi sualına Türkiyə əsla münaqişəyə cəlb edilməyib. Türkiyənin iştirakına dair heç bir dənə də sübut yoxdur kimi tutarlı cavablandırmalarından, “diplomatik döyüşlərlər “ dən məharətlə və qalib olaraq çıxdığından və s. fəxrlə danışmaq olar.
Heç şübhəsiz, Azərbaycanın tarixi qələbəsində, tərəqqi yolunda inamla irəliləməsində əsası Ümummilli lider Heydər Əliyev tərəfindən 1992-ci ilin 21 noyabrında qoyulan Yeni Azərbaycan Partiya təşkilatının da müharibə zamanı əvəzedilməz rolu və fəaliyyəti olmuşdur. Xalqımızın ümumi dəyərlərə hörmət bəsləməsi, xalq-iqtidar birliyinin qorunub saxlanması, milli birlik simvolunun təbliği, dövət və hərbi sirlərin məxfiliyi, informasiya müharibəsində üstünlük, yaşlılar , veteranlara qayğı və hörmət, gənclərin vətənə məhəbbət və ordu sıralarında xidmətə yüksək şəkildə həvəslərinin təmin edilməsi və s. partiya təşkilatının yüksək fəaliyyətinin nəticələri idi.
Ölkəmizdə baş verən hadisələrin fonunda, xaos, anarxiya, hərc-mərclik və siyasi böhran şəraitində zəngin dövlətçilik təcrübəsinə malik olan, öz xalqına, dövlətinə dərindən bağlı olan Ümummilli liderimiz Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasını və 16 oktyabr 1992- ci il “Səs” qəzeti vasitəsilə 91 nəfər ziyalının-“91-lərin müraciəti”- dövlətçiliyin və xalqımızın xilası üçün hakimiyyətə dəvətinə müsbət qərar verməyi zəruri hesab etdi.
Əgər bu partiya qurulmasaydı və Ulu öndər Heydər Əliyev ona rəhbərlik etməsəydi, bugünkü nailiyyətləri əldə etmək və ölkəmizin Prezident İlham Əliyevin rəhbərliyi ilə hazırkı inkişaf səviyyəsinə çatması mümkün olmazdı. Bu gün ümummilli liderimizin layiqli davamçısı olan Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin şərəfli tarixinin yeni qürur dolu səhifələri yazılır.
5 Mart 2021-ci il tarixində Yeni Azərbaycan Partiyasının VII Qurultayının keçirilməsi ölkəmizin ictimai-siyasi həyatında çox mühüm hadisədir.
Yeni Azərbaycan Partiyası ümumxalq partiyasına çevrilmişdir. Məhz 6 siyasi partiyanın Yeni Azərbaycan Partiyasına birləşməsinə müraciət etməsi və birləşməsi partiyamızın gücünü daha da artıracaq və dövlətimizin uğurlarının davamlı olmasına töhfə verəcəkdir. Bu, siyasi sistemin təkmilləşdirilməsi istiqamətində atılan növbəti addımdır və eyni zamanda, göstərir ki, Yeni Azərbaycan Partiyasının həm məramı, həm proqramı, fəaliyyəti və əldə etdiyi nailiyyətlər dost partiyalar üçün də cəlbedicidir.
Yeni Azərbaycan Partiyası ordumuza dəstək və daha da qüvvətlənəmsi naminə mühüm qərarlarla çıxış edən və fəaliyyət proqramında təmsil edilən lider partiyadır. Yeni Azərbaycan Partiyası həmişə xalqının, vətəninin, vətənpərvər övladlarının, ordusunun yanında olmuşdur, var və olacaq!
Ərazilərimizin düşmən tapdağından azadedilməsində həmin torpaqların doğma olması, bizlərə yad olmaması səbəbli oriyentirlərin, düşmən mövqelərinin düzgün müəyynləşdirmə bacarığının da böyük köməyi olmuşdur.
Məslən, Füzuli şəhərinin alınması çətinliyini başa düşən ordu komandanlığı bu ərazinin alınmasından qabaq Cəbrayılın azad edilməsinin məqsədə müvafiq hesab etməsini, kəşfiyyat işləri və qəfil həmlələri, taktiki fənd olaraq mərkəzi hissələrdən ardıcıl ağır artilleriya zərbələrini , Şuşanın alınmasında edilən manevri, Şuşanın sıldırım qayaları aşaraq azad edilməsini və s. qeyd etmək olar.
Ən əhəmiyyətlisi isə ordumuzun rəşadətli vuruşması idi. Hər bir azərbaycanlı ordumuzun vətənə xidmətləti , döyüşlərdə məharətli vuruşmaları ilə fəxr edir. Birinci Qarabağ müharibəsindən fərqli olaraq əsgərlərimiz döyüşlərə qorxmadan daxil olurdular. Çünki onların təchizatları yerində idi, düzgün komandanlıq edilirdi, orduda nizam-intizam var idi və onlar qazi və ya şəhid olardılarsa onları müdafiə ediən güclü dövləti və rəhbəri vardı.
Milli Ordu güvənc yerimiz, qürur mənbəyimizdir. Tarix boyu xalqımız qəhrəmanlıq ənənələri ilə ad-san çıxarıb, yadellilərə qarşı mərdliklə döyüşüb. Böyük sərkərdələr yetirən Azərbaycan xalqının çox yaxşı bir deyimi var: “Ordun varsa, yurdun var”. Doğrudan da, nizami ordu, mərd və qorxmaz oğullarımız olmasa, Vətəni nə qorumaq, nə də yaşatmaq olar. Güclü ordumuz olmasa, müstəqilliklə, azadlıqla bağlı xalqımızın bütün arzuları puça çıxar.
İkinci Qarabağ müharibəsi , İkinci dünya müharibəsini, döyüş qəhrəmanları isə Sovet İttifaql qəhrəmanları Qafur Məmmədovu, Mehdi Hüseyinzadəni və b. xatırladırdı. Kimi düşmənin məxfi məlumatlarına yiyələnib onları arxadan zərbə vurur, kimi yoldaşları ölməsinlər deyə qumbara üzərinə atılır, .......
Hal-hazırda Ümummilli lider Heydər Əliyevin ordu quruculuğu ilə bağlı başladığı işlər onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın bütün strateji əhəmiyyətli sahələrində dinamik inkişafa yol açan ardıcıl və sistemli islahatlar həyata keçirən dövlət başçısı ordu quruculuğuna da xüsusi diqqətlə yanaşır. Milli Ordunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması, o cümlədən hərbi qulluqçuların sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi bu siyasətin prioritet istiqamətləri kimi diqqəti çəkir. Prezidentimizin ən böyük xidmətlərindən biri də ondan ibarətdir ki, bu gün Azərbaycan Ordusunun şəxsi heyətinin mənəvi-psixoloji durumu yüksək səviyyədədir. Məhz bunun nəticəsidir ki, hazırda Azərbaycan möhkəm nizam-intizamı, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordusu ilə fəxr edir.
Prezident, Ali Baş Komandan İlham Əliyevin hərbi hissələrə, xüsusən cəbhə xəttinə ardıcıl səfərləri ordumuzun gücünü artıran, hərbçilərimizin döyüş əhval-ruhiyyəsini yüksəldən amillər sırasındadır. Ön xətdə xidmət edən şəxsi heyətə mübarizə əzmi aşılamaqla Ali Baş Komandan bir daha orduya diqqət və qayğısını əsirgəmədiyini nümayiş etdirir. Prezident İlham Əliyev çıxışlarında dəfələrlə vurğulayıb ki, erməni işğalının və müharibə vəziyyətinin davam etdiyini nəzərə alaraq bizim qarşımızda duran əsas vəzifə hərbi kadrların peşəkarlıq səviyyəsini artırmaq, müdafiə potensialını möhkəmləndirmək, ordumuzun gücünü və hərbi qüdrətini daima yüksəltməkdir. Bu isə Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad etməsi üçün başlıca şərti idi.
Onu da qeyd etmək istəyirəm ki, “bir millət, iki dövlət” düşüncəsindən güc alan Azərbaycan-Türkiyə həmrəyliyi hər birimizdə böyük qələbəyə əminlik hissi yaratdı. Bütün bunlar, Azərbaycan bayrağının tezliklə Füzulidə, Cəbrayılda, Şuşada və işğalda olan digər tarixi torpaqlarımızda dalğalanacağına zəmin oldu.
Şübhə yoxdur ki, Azərbaycan xalqının böyük ruh yüksəkliyi şəraitində davam edən Vətən müharibəsində əldə etdiyimiz Şanlı Qələbə müasir tariximizdə yeni səhifələrin açılmasını şərtləndirmiş oldu. Bu baxımdan, sevincini yaşadığımız parlaq qələbələrin memarı möhtərəm Prezidentimizin aşağıdakı fikirləri Azərbaycan dövlətinin strateji baxışlarını aydın ifadə edir: “Müharibə başa çatandan sonra nəinki bölgə, həm də dünya dəyişəcək. Hər kəs bizim gücümüzü gördü. Biz bu bölgədə yeni strateji mənzərə, strateji baxış yaratmalıyıq. Müharibədən sonra Azərbaycanın, bölgənin yeni dövrü başlanacaq”.
Sonda bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm !
Cəfərabad kənd tam orta məktəbin direktoru Rahim Salamov
Oxunub: 337