Lee Jun-fan.....



Lee Jun-fan (27 noyabr 1940 – 20 iyul 1973) — adətən Bruce Li kimi tanınan, 20-ci əsrin ən nüfuzlu döyüş sənətçisi kimi tanınan Honq Konqlu Amerika döyüş sənətçisi və aktyoru idi. 

1940-cı ilin səhərində Çin təqviminə görə Əjdaha ilində Kaliforniya ştatının San-Fransisko şəhərində anadan olan Brüs Linin əsl adı Jun-fan Lidir. Atası və anası, Çin operasında aktyor idi. Anası Qreysin sözlərinə görə, ona bir Amerikan adı verməyi fikirləşmirdi. Xəstəxanada işləyən həkimlərdən biri bu körpəyə Brüs deməyə başladı buna görə də anası bu adı dəyişdirməyib ona Brüs adını verdi. Bundan sonra adı Brüs Li oldu. Ailə çox qısa bir müddət sonra Honq Konqa geri döndü. 6 yaşı olanda da o tündxasiyyət idi. Brüs Honq Konqda film karyerasına 8 yaşında başladı.

Atasının son filmində rejissor onu setdə gördü və o rejissorun çox xoşuna gəldi və ona bir rol təklif etdi. Bu Brüsün gələcəkdəki film karyerasınnı başlanğıcı oldu. Li on üç yaşında atasından Tay Çi döyüş dərsləri almağa başlayır. Küçə davalarından birində döyüləndən sonra bu idman növüylə ciddi maraqlanmağa başlayır və böyük ustad İp Manla tanış olur. Ailəsi onu Kunq-fu sənətini öyrənməsi üçün bu məşhur idman ustasının məktəbinə yazdırır. Brüs Li burada Ving Çun müdafiə sistemi üzrə təlim keçir. İp Man tələbəsinin bacarığını kəşf edir, ona Kunq-Funun ən incə detallarını öyrədir. Li böyük ustanın ən yaxşı tələbəsinə çevrilir. Manın Çindəki ləqəbi "Böyük Əjdaha" idi. O, Brüs Liyə "Kiçik Əjdaha" ləqəbini verir. Li zaman keçdikcə Ving Çun döyüş sisteminə mükəmməl şəkildə yiyələnir. Bununla da onun qatıldığı döyüşlərinin sayı artmağa başlayır. Honkonqda təşkil edilən boks çempionatlarında üç dəfə çempion olan Çemsi məğlub edir və boks çempionu adını qazanır. Bununla belə, Linin adı hələ də küçə davalarında çəkilirdi. Həmin il Li Honq Konqda təşkil olunmuş "Çaça" rəqsi üzrə keçirilən yarışda qalib gəlib. Brüs Li Kunq fuda Sisuk 3-cü Grand döyüşçü idi (xəyali yüksək dərəcə). Amma onun fikrincə, bu idman növündə bir çox lazımsız, qarışıq hərəkətlər var idi. Xüsusilə dini elementlər döyüş sənətində lazımsız hərəkətlər meydana gətirirdi. Bu tip hərəkətlərin küçədə heç bir işə yaramadığını iddia edirdi. Artıq yeni bir tərz üzərində dayanmışdı. Tez-tez boks məşqləri edirdi. O, bunun üçün xüsusi müəllimlər tutmuşdu. Taekvondonun atası kimi tanınan Con Rhi Brüs Liyə taekvondonun, məşhur idmançı Li Jan Jae isə aikidonun bəzi fəndlərini öyrətmişdi. Li Jan Jae ən yüksək dərəcəyə — "Judo Grand Master"a malikdir. Adıçəkilən müəllimlərin heç biri: "Biz ona bunları öyrətdik, biz ondan yaxşıyıq" demədilər. Çünki Brüs Li də onlara böyük usta İp Mandan öyrəndiyi Vinq Çun Kunq Funu başa salmışdı. 

  • Başqa insanlar tərəfindən yıxılmaq ayıb deyil. Əsas odur ki, yıxılan zaman "Məni niyə yıxırlar?" sualını ver. Əgər insan bu şəkildə düşünə bilirsə, deməli, bu insana ümid var.
  • Bilməyən və bilmədiyini bilməyən, axmaqdır — Ona qarşı hazırlıqlı ol! Bilməyən və bilmədiyini bilən, sadədir — Ona öyrət! Bilən və bildiyini bilməyən, yatır — Onu oyandır! Bilən və bildiyini bilən, müdrikdir — Onu izlə!
  • Bir çox insanlar həyatlarını özlərini reallaşdırmaqdansa, necə olmalı olduqlarına dair bir konsepsiyanın həyata keçirilməsinə həsr edirlər. Özünü aktuallaşdırma və öz imicinin aktuallaşdırılması arasındakı bu fərq çox vacibdir. İnsanların çoxu yalnız öz imicinə görə yaşayır.
  • Bir şey haqqında düşünmək üçün çox vaxt sərf etsəniz, onu heç vaxt başa çatdıra bilməyəcəksiniz. Hədəfinizə doğru hər gün ən azı bir dəqiq hərəkət edin.
  • Bütün biliklər sadəcə özünü bilmək deməkdir.
  • Bu, aya işarə edən barmaq kimidir. Diqqətini barmağına cəmləmə, yoxsa bütün səmavi izzətdən məhrum olacaqsan.
  • Bütün böyük müəllimləri bir otağa toplayın, və onlar hər şeydə bir-biri ilə razılaşacaqlar. Onların şagirdlərini bir yerə toplayın, və onlar hər şeydə bir-biri ilə mübahisə edəcəklər.

Oxunub: 75
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az