Nənə və domino ( real olan hadisə )- Pozitiv.




Nənə və domino ( real olan hadisə ).
Çəklişlə əlaqədar bir ucqar kəndə olduğ. Süjeti hazırlayandan sonra ev sahibi bizə  qonaqlıq təklif etdi. Malına bərəkət. Evə daxil olanda masanın üstündə domino gördüm. Dedim ki, bərkə bir domino oyunu oynayaq həmdə vaxtımızı öldürək. Oyun başladı. Düzünü deyəndə mənim səs-küyüm var, oynum yox.  Özümü elə aparıram ki, heləbil ki, dominonu mən yaratmışam. Qızğın oyun gedirdi. Qonşu otağdan bizi süfrəyə dəvət etdilər. Oyun yaddan çıxdı. Ləzətli kənd çolpasında sonra oyunu davam etdik....
Bir müddətdən sonra evin ağbirçəyi gəlib çıxdı. Nənə  otağa girən kimi, salamdan sonra, masaya baxıb, gülümsədi. Bir düşündüm ki, nənə acığı tutar ki, bizim ev nədi çayxanadır ?
Amma yox nənə domino daşlarının düzülüşənə baxıb dedi ki;
- Üç kimdədisə oda qurtardı.
Dəhşətə gəldim ki, oyun təzə başlamışdı, nənə variyantları neçə saydı ? Oyun nənə dediyi kimidə qurtardı. 
Sonra nənə 101-də bizə bir klass göstərdiki, gəl görəsən. Üç getişata nənə əlmizdəki daşları bilirdi. Mən nənə ilə naparnik idim. İstədim lap Şamaxıya dəvət edim ki, gəl bəzilə ilə oyna. Maraqlısı odur ki, nənə istədiyi variyantı saya bilirdi. Soruşdum ki, kimdən bu oyunu belə öyrənmisən ?
- Rəhmətlik kişidən. Bir həftədən sonra kişi qorxusundan mənimlə oynamırdı. Belə düz 45 il dilə tutub, oynayırdığ.
Çox təklif etdim ki, bərkə səni çəkim. Dedi ki, ay oğul, qadının işi ailədir birdə mətbəx. Qadın başqa işlə məşquldusa onda olun bədbəxt.

Alxas Məmmədov.

Oxunub: 74
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az