Hüseyn Cavidin nəşini uzaq Sibirdən gətirən təyyarənin, şairin doğma yurdu Naxçıvanda Muxtar Respublikasında qarşılanması. Tarix 1982 - ci il.
Həmin hadisənin yaxın iştirakçı olan və uzun illər Naxçıvan Muxtar Respublikasında məsul vəzifələrdə çalışan Həmid Cəfərov müsahibələrinin birində deyirdi: "Biz Təyyarədə düşündük ki, yerə enəndə Turan xanımın əlindən öpüb deyərik: Cavidi gətirdik. Demə, Turan xanım bizdən incimişdi ki, mənə deməmiş gedib Cavid əfəndinin nəşini gətiriblər. Bizim gedəndə kiməsə nəsə deməyə fürsətimiz olmamışdı. Həm də axı, bu barədə Turan xanıma nəsə demək lazım olsaydı, Heydər Əliyevin özü deyərdi. Sadəcə, Turan xanımın qəlbində 37-ci illərin qorxusu qalmışdı...O, düşünürdü ki, bir vaxtlar Sovet imperiyasının atasına etdikləri, ona qarşı da edilə bilərlər. Ancaq belə narahatlığa əsas yox idi, Heydər Əliyevin tapşırığı ilə olmuşdu hər şey. Düzdür, hər birimiz güman edirdik ki, Turan xanım bizə yaxınlaşacaq, təşəkkür edəcək. Ancaq biz başa düşürdük, Turan xanımı. Çünki o heyrət içində, şokda idi..."
Oxunub: 82
Youtube Kanalımız
Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az