Yeni təyinatlar.




- Taekvondo üzrə gənclərdən ibarət milli komandanın məşqçilər korpusunda yeni təyinat olub. 
Belə ki, tanınmış taekvondoçumuz, I Avropa Oyunlarının, IV İslam Həmrəyliyi Oyunlarının və klublararası Avropa çempionatının qalibi Ayxan Tağızadə gənclərdən ibarət milli komandaya məşqçi təyin olunub. 
-Taekvondo üzrə yeniyetmələrdən ibarət milli komandanın məşqçilər korpusunda yeni təyinat olub. 
Belə ki, Cəlil Abdullayev yeniyetmələrdən ibarət yığma komandaya məşqçi təyin olunub.  
-Taekvondo üzrə böyüklərdən ibarət milli komandanın məşqçilər korpusunda yeni təyinat olub. 
Belə ki, 17 illik məşqçilik təcrübəsinə malik Günay Zeynalova  böyüklərdən ibarət milli komandaya məşqçi təyin olunub. Qeyd edək ki, onun yetirmələri arasında yeniyetmələr və gənclər yaş kateqoriyasında dünya və Avropa çempionatının mükafatçısı adını qazanmış idmançılar var. 
Günay Zeynalovanı təbrik edir və gələcək fəaliyyətində uğurlar arzulayırıq!

ATF.

Oxunub: 58
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az