Fövqəladə Hallar könüllüləri, “Eko könüllüləri”, Azərbaycan Taekvondo Federasiyasının nümayəndələri və idmançıları iştirak ediblər.



Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə ölkəmizdə 2024-cü ilin elan olunduğu “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində oktyabrın 31-də növbəti ağacəkmə aksiyası təşkil edilib. 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə keçirilən aksiyada Fövqəladə Hallar könüllüləri, “Eko könüllüləri”, Azərbaycan Taekvondo Federasiyasının nümayəndələri və idmançıları iştirak ediblər. 
Aksiya çərçivəsində Müşfiqabad qəsəbəsində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib. 
Ağacəkmə aksiyasının məqsədi ictimaiyyətin diqqətini yaşıllıqların bərpasına və artırılmasına yönəltmək, ətraf mühitin mühafizəsinə və iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməkdir. ATF.

Oxunub: 69
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az