Ölkəmizdə 2024-cü il "Yaşıl dünya naminə həmrəylik ili"elan edilib.
Ölkəmizdə 2024-cü il "Yaşıl dünya naminə həmrəylik ili"elan edilib. Buna görə də ətraf mühitin qorunması, yaşıllıqların bərpası və artırılması istiqamətində tədbirlər geniş vüsət alıb.Qobustan rayonunun Cəmcəmli kəndində də ağacəkmə aksiyası davam edir. Qobustan Rayon İcra Hakimiyyəti Başçısının Cəmcəmli kəndi üzrə nümayəndəsi Makif Əhmədovun yaxından iştirakı ilə xeyli sayda şam,küknar ağacları gətirilmişdir.Ağacların bir hissəsi kəndin girişindəki parkda,bir hissəsi isə rayon mərkəzinə gedən yolun kənarında əkilmişdir. Hal-hazırda da ağacəkmə aksiyası sürətlə davam etdirilir. Gələcəyimiz üçün hərəmiz bir ağac əkək!devizi altında kənd sakinləri bu nəcib işdə fəal iştirak edirlər. Məhəmməd Bayramov
Oxunub: 216