Şəmkirdə “Nə? Harada? Nə zaman?” intellektual oyunun seçmə mərhələsi üzrə yarış keçirilib.
Oktyabrın 19-da Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının təşkilatçılığı və Azərbaycan İntellektual Klublar Assossasiyasının idarəçiliyi ilə Şəmkir Gənclər Evində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Nə? Harada? Nə zaman?” intellektual oyunun qrup mərhələsinə start verilib.
Yarışdan öncə Ulu öndər Heydər Əliyevin Şəmkir şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə güllər düzülərək onun əziz xatirəsi yad edilib.
Sonra isə yarış Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib.
Açılış mərasimində çıxış edən YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev və Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavinləri Rüfət Sahibsoy, Aynur Abdullayeva, Şəmkir rayonu üzrə Təhsil Sektorunun müdiri Elşən Ələsgərov komandalara uğurlar arzulayıb, qeyd ediblər ki, Yeni Azərbaycan Partiyasının sıralarında intellektual gənclərin olması çox sevindiricidir. Ulu Öndər Heydər Əliyev hər zaman qeyd edirdi: -" gənclər bizim gələcəyimizdir".
Gəncə şəhərinin, Şəmkir, Tovuz, Gədəbəy, Ağstafa, Qazax, Daşkəsən, Samux, Kəlbəcər, Xocalı, Daşkəsən rayonlarının komandalarının iştirak etdiyi bilik yarışında, gərgin mübarizənin nəticəsi olaraq 1-ci yerə Gəncə şəhərinin komandası, 2-ci yerə Gədəbəy rayonunun komandası, 3-cü yer isə Tovuz rayonunun komandası layiq görülüb.
Oxunub: 90