Təşəkkürnamə Fövqəladə Hallar Nazirliyi Katibliyinin rəisi polkovnik Hikmət Səmədova təqdim olunub.




Oktyabrın 21-də Bakı Konqres Mərkəzində Azərbaycan Könüllü Təşkilatları İttifaqının  IV hesabat-seçki konfransı keçirilib.
Konfransda ötən illərə dair yekun hesabat dinlənilib və videoçarx nümayiş olunub.
Sonra üzv təşkilatların iştirakı ilə növbəti il ərzində İdarə Heyəti və sədr olaraq təmsil ediləcək namizədlərin seçkisi baş tutub. Keçirilən səsvermənin nəticələrinə uyğun olaraq təşkilata sədr və müavinlər seçilib.
Tədbirin sonunda göstərdikləri səmərəli tərəfdaşlığa görə İttifaqa üzv olan təşkilat və proqramlara təşəkkürnamələr təqdim olunub.
Fövqəladə Hallar Könüllüləri Proqramı da könüllülük hərəkatına verdiyi dəstəyə görə “Təşəkkürnamə” ilə təltif olunub. Təşəkkürnamə Fövqəladə Hallar Nazirliyi Katibliyinin rəisi polkovnik Hikmət Səmədova təqdim olunub.

Oxunub: 155
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az