Süni intellekti təyin edən təriflər zamanla dəyişir, amma əsas məğz olan insan kimi düşünən maşınlar ideyası dəyişməz olaraq qalır.
Süni intellekti təyin edən təriflər zamanla dəyişir, amma əsas məğz olan insan kimi düşünən maşınlar ideyası dəyişməz olaraq qalır. Hər şeydən əlavə, insanların ətraflarındakı dünyanı izah etmədə və topladıqları məlumatla dəyişikliklər yaratmaqda xüsusi bacarıqları olduğu sübut olunmuşdur. Əgər biz daha səmərəli işləyən (insan kimi) maşınlar düzəltmək istəyiriksə, demək biz özümüzdən model kimi, eskiz kimi istifadə edəcəyik. Süni intelekti həm də insana xas düşünmə, yaradıcı (kreativ) olma, öyrənmə kimi bacarıqların kompyuterlərin rəqəmsal və ikili məntiqi (digital and binary logic) vasitəsilə təqlidi kimi də başa düşmək olar. Tədqiqat və inkişaf işində “Süni İntellekt” iki qola bölünür. İlki “tətbiq olunan Süni intellekt (applied AI)”-dir ki, burda xüsusi bir tapşırığı insan təfəkkürünün təqlidi hesabına yerinə yetirməsi nəzərdə tutulur. Digəri isə “ümumiləşdirilmiş Süni intellekt (generalized AI)”-dir ki, bu da maşının zəkasını istənilən işdə əvvəlcədən heç bir proqramlaşdırma olmadan, yəni bir insan kimi məşğul ola biləcək səviyyədə inkişaf etdirməkdir. Süni İntellekt (Aİ) artıq milyardlarca atomdan kiçik və ya atomaltı (subatom) hissəciklərdən ibarət olan sistemlərin davranışlarını modelləşdirmək və təxmin etməkdə istifadə olunan kvant fizikasından pasiyentlərə gen məlumatlarına əsaslanan diaqnoz qoyulmasında istifadə olunan səviyyəyədək hər bir sahədə tətbiq olunur. Aİ dələduzluğun aşkar edilməsindən müştərinin hansı xidmətə ehtiyacını olacağını təxmin edərək müştəri xidmətinin inkişafına kimi maliyyə dünyasındakı hər bir sahədə istifadə olunur. Emaledci sənayedə isə işçi qüvvəsinin və istehsalat prosesinin habelə xətaların baş vermədən öncə təxmin edilməsində istifadə olunur. İstehlakçı dünyasında hər gün yenisi çıxan və istifadə etməkdən doymadığımız ağıllı telefonlarda (smartphone), misal üçün Apple ağıllı telefonlarındakı Siri və Google-dakı Google Assistant, yeni nəsil avtomobillərdə və saymaqla bitməyən texnoloji avadanlıqlarda Aİ tətbiqini görə bilərik. Ümumiləşdirilmiş Aİ biraz daha uzaqdır, belə ki, insan beyninin qüsursuz təqlidini (simulyasiyasını) gerçəkləşdirmək üçün həm halhazırda sahib olduğumuz bu orqanın daha qüsursuz anlayışına və ortalama tədqiqatçıdan daha yaxşı hesablama gücünə ehtiyac var. Amma kompyuter texnologiyasının yüksək təkamül sürəti ilə artıq bu problem həll olunacaq kimi görünür. Misal üçün, neyromorfik prosessor- yeni nəsil kompyuter çipi- beyin simulyator kodunu daha səmərəli işlətmək üçün dizayn olunmuşdur. Və İBM-in Vatson koqnitiv hesablama platformu (Watson cognitive computing platform) kimi sistemlər İS-dən insanın nevroloji proseslərinin yüksək səviyyədə təqlidindən istənilən tapşırığı ilk dəfə işləməyindən, bu haqda biliyinin olmasından, buna dair hazırlıqlardan keçməsindən asılı olmayaraq belə həll etmədə istifadə edir.